Tag Archives: Əjdər İbrahimov

13 MART — NODAR ŞAŞIQOĞLUNUN DOĞUM GÜNÜ

Стандартный

NODAR MİXAYLOMixaylo rolunda

Нодар Шашик-оглы (13 марта 1927, Батуми — 12 апреля 2013, Баку) — азербайджанский драматический актёр театра и кино, Народный артист Азербайджана и России. С 2003 года — актёр Русского драматического театра имени Самеда Вургуна.

Приобрёл широкую известность благодаря исполнению главной роли в фильме «На дальних берегах» — роли Мехти Гусейнзаде (Михайло). В 1962—1969, 1970—1973, 1981—1984 годах был актёром Александринского театра драмы им. А. С. Пушкина.

Nodar İzzətoviç Şaşıqoğlu — 13 mart 1927-ci il, Batumi— 12 aprel 2013-cü il, Bakı) — Azərbaycan dramatik teatr və kino aktyoru, Azərbaycan və Rusiya Xalq Artisti.

Babası Acarıstanda tanınmış zadəganlardan olub. Atası isə çar zabiti. Əmisi, böyük aktyor Ülvi Rəcəb 1937-ci ildə repressiyaya məruz qaldı. Onun həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyub.

«Əslimiz acarıstanlı olsa da, Tiflisdə yaşamışıq. Mən orada orta məktəbi, daha sonra Şukin adına Teatr İnstitutunu bitirmişəm. Oranı bitirdikdən sonra cəmi bir il Vaxtanqov adına teatrda işlədim. Moskva qısa zaman kəsiyində məni özünə cəlb etdi. 5-6 il Taqanka Teatrında çalışdım.

İlk rolum «Mosfilm»də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında çəkilən filmdə oldu. Orada mən türk imperiyasının əsasını qoyan Mehmet bəy Fatehi yaratdım. Sonra Sergey Paracanovun ilk rejissor işi olan «Andrieş» filmində baş rolu oynadım. Bu filmdən sonra «Odessa» kinostudiyasında çalışdım.

Yenidən teatra qayıtmağım məni kinoya daha sıx bağladı. Bir gün bizim məşqlərə rejissor Atamalıbəyov (O, «Uzaq sahillərdə» filminin ikinci rejissoru olub) gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən özümü belə təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi. Atamalıbəyov dedi ki, elə bizə sən lazımsan. «Sınaq çəkilişinə gəl, Tofiq Tağızadə sizinlə söhbət edər.» «Uzaq sahillərdə» filmindən sonra dalbadal «Əsl dost», «Mateo Falkone», «Onun böyük ürəyi», «Bizim küçə», «Leyli və Məcnun» filmlərinə çəkildim.

— «Uzaq sahillərdə»dən sonra bir andaca məşhurlaşdınız. Bu məşhurluq sizin rahat həyatınıza mane oldumu?

— Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni xüsusiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən hardasa mövcud şəraitdə özümü oynayırdım. Rejissorla Mehdinin obrazını üç hissəyə bölmüşdük: Mixaylo kişfiyyatçı-partizan, faşist və rəssam. Filmin premyerası «Nizami» kinoteatrında keçirildi. «Vətən»də göstəriləndə bilet almaq istəyənlərin növbəsi «Azneft»dən başlayırdı. Kinotetra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı…”

12 aprel 2013-cü ildə Bakıda vəfat etmişdir.

VİKİPEDİYA

Реклама