QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: RASİM MUSTAFAYEV

Стандартный

Rasim Ərziman oğlu Mustafayev (28 mart 1990XaçmazVartaşen rayonu – 7 oktyabr 2020Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Rasim Mustafayev 28 mart 1990-cı ildə Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2008-ci ildə Vüqar İbrahimov adına 2 nömrəli tam orta məktəbi bitirmişdir.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu Rasim Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsində iştirak edib.  zamanı Murovdağ döyüşlərində savaşıb. Oktyabrın 7-də Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq həlak olub. Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn edilib.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: GÜLŞAD XƏLİLOV

Стандартный

Gülşad Elşad oğlu Xəlilov (27 mart 2001Masallı rayonuAzərbaycan — 15 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Gülşad Xəlilov 2001-ci il martın 27-də Masallı rayonunun Kürdəbazlı kəndində anadan olub. Subay idi.

Gülşad Xəlilov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Gülşad Xəlilov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib.  Oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı həlak olub. Masallı rayonunda dəfn edilib.

İLHAM ƏLİYEV YUMOR HİSSİNİ ARTIQ İTİRİB, QURBAN MƏMMƏDLİDƏ İSƏ BU HİSS HƏLƏ YOXDUR…

Стандартный

Qurban Məmmədli İlham Əliyevin çox köhnə bir müsahibəsindən bir fraqmenti göstərərək diktatorun bir vaxt qumarbaz olduğunu dolayısı ilə boynuna aldığını iddia edir. Jurnalist İlham Əliyevdən onun guya Türkiyədə kazino borcları olması barədə sual verir. Diktator cavab verir ki, heç vaxt qumar oynamayıb, onun kazino sərgüzəştlərini Rəsul Quliyev uydurub yayır ki, onu ləkələyib gözdən salsın. Sonra deyir: “Həmişə mənim uduzduğumdan danışırlar. Yəni mənimudan vaxtım olmayıb?”

Qurban Məmmədli bu son ritorik sualdan yapışır və deyir ki, bu, dəmir kimi və ya daşdan keçən süburtdur, İlham Əliyevin qumarbaz olduğuna heç bir şübhə ola bilməz.

Əslində İlham Əliyev hələ sovet dövründə qumar mövzusunda yayılmış çoxlu  rus-yəhudi lətifələrindən buirini sitat gətirir: qumar oynayıramsa, udan vaxtım da olmalı idi…

Doğrudan da peşəkar qumarbazların həmişə uduzanı olmur…

İlham Əliyevdə, görünür ki, cavanlıqda yumor hissi olub. Ancaq məhdudiyyətsiz hakimiyyət, ölkəyə feodal ağalığı  onun bu hissini də elə transformasiya edib ki, ind bu hiss özünü gülməli ifadələr, zarafatlar şəklində yox, sadist hərəkətlər, qərarlar şəklində büruzə verir. Məsələn Qubad İbadoğlunun tutulub pul kəsmək ittihamı ilə şərlənməsi. Gülməlidir? Bir gün Londonda mühazirə oxuyur, səhəri gün Bəkıda pul kəsir… Bəlkə kimsə qeyzindən dəlilik həddinə gəlib qəhqəhə də çəkə bilər. Gülməyi gəlməyən yaxasını  cırsın, başını qapının tininə vursun. Əlimizdən başqa nə gəlir?

Yeri gəlmişkən, özünəməxsus yumor Kaliqulada da olub. Filosof Seneka təsdiq edir ki, o, Kaliqulanın Yupiteri, yəni Tanrını hədələdiyinin şahidi olub. Qasırğa başladığıdan balet tamaşası dayandırıldığına görə Kaliqula qəzəblənib Yupiteri kötəkləyəcəyinə and içir…

Qurban Məmmədli vəkil  kimi özünü çox yüksək qiymətləndirir. Ancaq rus-yəhudi lətifəsinin parafrazını ciddi sübut sayan vəkilin səviyyəsi şübhə doğurur…

 

25. 03. 2024, Samara

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: TEYMUR ƏLİYEV

Стандартный

Teymur İman oğlu Əliyev (26 mart 1991Xanlar – 7 oktyabr 2020HadrutXocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Teymur Əliyev 26 mart 1991-ci ildə Göygöl rayonunun Toğanalı kəndində anadan olub. Əslən Göygöl rayonunun Tülallar kəndindəndir.

2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Teymur Əliyev sentyabr ayında çağırılmışdır.

 Teymur Əliyev 2020-ci il sentyabrın 27-dəErmənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. CəbrayılınFüzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ailəsi ilə sonuncu dəfə 7 oktyabr tarixində əlaqə saxlayan Teymur Əliyev Hadrut istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. Nəşi 14 dekabr 2020-ci ildə Göygöl Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: NOVRUZ HAXVERDİYEV

Стандартный

Novruz Əli oğlu Haxverdiyev (25 mart 1996AlunitdağDaşkəsən rayonuAzərbaycan — 2 oktyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Novruz Haxverdiyev 25 mart 1996-cı ildə Daşkəsən rayonunun Alunitdağ qəsəbəsində Əli Haxverdiyevin dörduşaqlı ailəsində anadan olmuşdur.  2002-2013-cü illərdə Daşkəsən rayon Alunitdağ qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi.

Novruz Haxverdiyev 2014-cü ildə rbi xidmətə çağırılmışdır.  Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir.  2 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.  Haxverdiyevin nəşi 13 yanvar 2021-ci ildə tapılaraq Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: BALAQARDAŞ VƏLİYEV

Стандартный

Balaqardaş Fərhad oğlu Vəliyev(24 mart 2002KalinovkaMasallı rayonu – 1 oktyabr 2020HadrutXocavənd rayonu) — Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəriİkinci Qarabağ müharibəsi şəhidi.

24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində anadan olub. 2008-2017-ci illərdə Viləş kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Balaqardaş Fərhad oğlu Vəliyev 2020-ci ilin aprelində çağırışçı kimi  saylı hərbi  xidmətə yollanıb. 2020-ci il sentyabrında torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.  01.10.2020 tarixində Hadrut istiqamətində gedən döyüşlərin birində düşmənin snayper atəşi açması nəticəsində həlak olmuşdur. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb.

QURAN QƏRİBƏLİKLƏRİ. ZƏQQUM YEYƏ-YEYƏ ƏBƏDİ YANMAQ — BUNUN NƏ MƏNASI? BU, KİMƏ TƏSƏLLİDİR?

Стандартный

Dostoyevskinin “Karamazov qardaşları” romanında şəhvətpərəst və lotu Fyodor Karamazov skitdə rahiblərin qonağı olarkən inamını necə itirdiyini danışır. Guya kimdənsə eşidib ki, dini bir kitabdabir müqəddəsdən danışılır Ona inamına görə işgəncələr veriblər, sonra boynunu vurublar, o da qalxır, başını yerdən götürüb, “lütflə onu öpə-öpə” gedib. Beləcə guya “lütflə başını öpə-öpə gedirmiş”. Fyodor Karamazov iddia edir ki, bunu eşidən kimi inamını itirib…

Lotunun məqsədi onunla birgə skitə gəlmiş qudası və düşməni Miusovu rahiblərin yanında ələ salmaqdır, çünki bu əhvalatı ondan eşidib…

Ancaq doğrudan da guya dinin təbliği, təşviqi üçün yazılmış çoxlu kitab, yayılmış çoxlu rəvayətlər var ki, onlar adamı hər cür ateis ədəbiyyatdan və ya söhbətdən daha çox dindən yayındırar. Belə kitabların və rəvayətlərin sayı-hesabı yoxdur.

Quran sıravi kitab deyil, o, müsəlmanların nəzərində Alllah tərəfindən göndərilib. Əslində bunun heç bir sübutu yoxdur. Əksinə, Quran mətninin ayrı-ayrı hissələri, fraqmentlərti  onun məhz insan ya insanlar tərəfindən deyildiyini, qələmə alındığını sübut edir.

Quranda cəhənnəmin təsviri ən güclü inamları belə sarsıda bilər.

“Həqiqətən, Bizim ayələrimizə inanmayanları biz oddda yandırarıq. Hər dəfə dəriləri tükənəndə, biz başqa dəriylə əvəz edərik ki, cəzanı dadsınlar. Həqiqətən, Allah böyükdür, müdrikdir!” (4-56)

Belə başa düşmək lazımdır ki, Qiyamət günü torpaqda çürüyən də, suda balıqlara yem olan da, hətta yanğında külə dönən də əvvəlki halına gətiriləcək və yandırılacaq. Dəri yanıb qurtarır, o, təzə dəri ilə əvəz olunur ki, işgəncə uzansın.

Nə qədər? On il? Min il? Milyard il?

İnsanı yandırmaqda məqsəd ona əzab verməkdirsə, deməli, o, ağrını hiss edir, biz dirilər hiss etdiyimiz kimi, ancaq cəhənnəm oduya yandırılan adam elə şokdan ölməlidir. Bu, necə olur?

Hüquqda cəzanın üç məqsədi göstərilir: sosial ədalətin bərpası, məhkumun islahı, yeni cinayətlərin törənməsinin qarşısının alınması.

Günahkarın əbədi yandırılmasında nə məqsəd ola bilər?

Bu cəhənnəm hardadır ki, orda milyonlarla, milyardlarla adam fasiləsiz və əbədi yanır?

Cəhənnəmdə keşikçilər var! Böyükləri Malikdir!

Cəhənnəmdən hara qaçmaq olar? Özü də söhbət dirildilmiş ölüdən gedir…

“İnanmayanlara paltar oddan biçilib, başlarına  qaynar (maye) tökükür. Onlar üçün dəmir qarmaqlar var. Hər dəfə onlar əzablardan çıxmaq istəyəndə onları ora qaytaracaqlar… odun işgəncələrini dadın! (22: 19-22)

Cəhənnəm odunda yanmaq məsələsi həm də ona görə yöndəmsizdir ki, yer üzündə on minlərlə, yüz minlərlə insan müxtəlif səbəblərdən baş verən yanğınlarda külə dönür. Onlar cəhənnəmlərini çəkəndə Allah onların köməyinə gəlməyib, öləndən sonra fasiləsiz od qoyacaq?

Cəhənnəmin təsviri oxuyan adamın başı yerindədirsə və içi boş deyilsə, fikirləşməlidir: yanğınlarda ağır xəsarət alanların,  sağ qalsalar da, eybəcər hala düşənlərin, o cümlədən körpələrin, gənc qızların, dərilərini Allah niyə dəyişdirmir? Rəhman və rəhim Allah belə edərdi. Rəhman və rəhim Allaha trilyonlarla il diriltdiyi ölünü yandırmaq yaraşmaz. Bu, insanları qorxutmaq üçün insanların özü tərəfindən uydurulub. Ancaq İslamın tarixi göstərir ki, öləndən sonra yandırılmaq perspektivi heç kimi, ilk növbədə müsəlmanların özünü qorxutmur. Çünki bir müdrikin dediyi kimi, əksəriyyət Allaha inama inanır, Allahın özünə yox…

«Od əhli cənnət əhlinə səslənər: “Üstümüzə su ya da Allahın sizə verdiyindən üstümüzə axıdın!” Onlar deyərlər: “Allah kafirlərə onu da, o birini də kafirlərə qadağan edib!”

Deyək ki, biri ömrü boyu araq içib, Allahı da danıb. Onun trilyon il yanmağında hansı ilahi ya rasional məqsəd ola bilər? Əyyaş, dərisi bir qəpiyə dəyməzdi, indi dəqiqədə dərisi dəyişdirilir ki, yaxşı yansın. Belcə trilyon il və ondan o yana…

İnsanı, ceyranı, tovuz quşunu, uşaq təbəsümünü, çiçəkləri yaratmış Allahı bu cür sadist təsəvvür etmək üçün gərək özün pozğun təxəyyül sahibi olasan.

“Həqiqətən zəqqum ağacı günahkarın qidası olacaq. Yağ tortası kimi o, qarınlarda su qaynayan kimi qaynayacaq”. (44:43-46)

Milyard, trilyon illər günahkar yanacaq və zəqqum yeyəcək. Bundan kimə xeyir və ya təsəlli?

Millətin dərisini soymuş, ölkəni inkişafdan yayındırmış, vətəndaşları şəxsi azadlıqdan mərhum etmiş, ləyaqətlərini tapdalamış uzurpatorların milyardlarla il yana-yana zəqqum yeməyi kimə təsəlli ola bilər?

Yöndəmsiz, ağlabatmaz cəhənnəm, cənnət utopiyası əslində müsəlman xalqları üçün Marks deyən tiryək deyilmi? Yəni uzurpatora, rüşvətxor məmurlara, qaniçən bankirlərə, zorçu polislərə dözün, həqir, başıaşağı olun, Allah onları sonra trillion il yandırıb zəqqum yedirdəcək…

Və beləliklə, bizim iradəmiz sarsılır. Və sağ ikən atıldığımız cəhənnəmdən çıxa bilmirik… Həm də ona görə ki, real, yaşadığımız cəhənnəmdəki maliklərin topu, tüfəngi var…

İradəmizi bərpa etmək, malikləri yolumuzdan kənar edib cəəhnnəmdən çıxmaq üçün Allah adından uydurulan cənnət və cəhənnəm xülyasından azad olmaq lazımdır…

X.X.

22.03. 2024, Samara

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: MİQDAD ABDULALİMOV

Стандартный

Miqdad Faiq oğlu Abduləlimov (23 mart 2002QubaAzərbaycan — 28 sentyabr 2020TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Miqdad Abduləlimov 23 mart 2002-ci ildə Quba rayonunda anadan olmuşdur.  Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə Baki dövlət iqtisad kollecinə girmiş, 4 may 2020-ci ildə herbi xidmətə getmişdir.

Miqdad Abduləlimov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. 28 sentyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.

QURAN QƏRİBƏLİKLƏRİ. BƏLKƏ BURAQ İLK MÜSƏLMAN PEYKİ OLUB?

Стандартный

Birinci onlayn İslam akademiyasının saytında Merac haqqında oxuyuruq:

 «Əl İsra val Merac hadisələri belə baş verirdi: Nəbi Kəbənin şimal divarl ilə yarımdairə  əl Xatim divarı arasında Əl Hicr adlanan yerdə dincəlrdi. Onun yanına mələk endi, sinəsini ağrısız və qansız yarıb ürəyini çıxararaq inamla dolu qızıl ləyəndə yudu, sonra yenidən (inamla) doldurdu, sonra əvvəlki yerinə qoydu”.

Bundan sonra onun yanına “Buraq” adlı, ölçüdə atdan kiçik, eşşəkdən böyük  ağ uzun heyvan gətirdilər. Mələk Cəbrayıl əmr etdi ki, Buraq yəhərlənsin və onlar 1200 km məsafədə olan Əl Aksa məəscidinə yollandılar.

 Buraq raket kimi sürətli olsa da, söhbət uzundur. Qısa onu demək olur ki, Məhəmməd əl Aksa məscidnidə bütün peyğəmbərlərlə — yəqin ki, 124 minini hamısı ilə — namaz qılır (yəhudu peyğəmbərlərinin müsəlman namazı qıldığını təsəvvür etmək asan deyl…), sonra ona Cəbrayıl süd və çaxır təklif edir, Məhəmməd, əlbəttə, südü seçir…Yəqin quş südü olub…

Sonra Məhəmməd mələklə göyə çəkilir, orda səma qapıları açılır, ikinci qata girirlər. İkinci qatda Məryəmin oğlu İsa Məhəmmdəi salamlayır. Yeddinci qatda  Məhəmməd Musa ilə qarşılaşır.

Sonra Məhəmməd Allahla görüşür, Allah ona buyurur ki, sutkada əlli namaz qılsın, Məhəmməd gedib bunu Musaya danışır, Musa Məhəmmədə deyir ki, get Allahdan xahiş elə, namazların sayını azaltsın, Məhəmməd beləcə bir neçə dəfə Allahın yanına girib-çıxır, xahiş edir, Allah sayı azalda-azalda beşdə dayanır, deyir bundan az eləyə bilmərəm…

Məhəmməd merac vaxtı cənnəti, cəhənnəmi, ərşi görür… Cəhənnəmdə, məsələn, görür ki, adamlar çürüyüb qoxumuş ət yeyirlər… (Niyə onlara zəhərli göbələk vermirlər? Ucuz, həm də effektli…)

Cəbrayıl ekstra səviyyəli gid kimi ona bələdçilik edir və lazımi izahatları verir…

Yəqin ki, müxtəllif mənbələrdə və müxtəlif məzhəblərə məxsus ədəbiyyatda meracın təsvirləri fərqlənir. Ancaq fərqlər mühüm ola bilməz, mühüm olan Məhəmmədin Cəbrayılın bələdçiliyi ilə göylərə qalxıb Allahla görüşməyidir.

Musa Allahla danışıb ondan tapşırıqlar, əmrlər, tövsiyələr alsa da, Allahı görmürdü. Yaqub bir gecə səhərəcən Tanrı ilə küştü tutur, mübarizə o qədər ağır gedir ki, səhər görürlər Yaqub axsayır…

Bu, çox maraqlı əhvalatdır. Bir problem var: bunun heç bir sübutu yoxdur. Merac əhvalatı, bunu folklorçular təsdiq edərlər, nağıl, əfsanə janrlarının kanonlarına tamamilə uyğundur. Buraq kimi fövqəlsürətli heyvanlara müxtəlif xalqların nağllarında azmı rast gəlmişik? Bu heyvana qeyri-adilik verməyin müxtəlif üsulları var. Bir Azərbaycan nağılında fövqəlsürətli at üçayaqlı idi… Merac rəvayətini yaradanların fantaziyası çatmayıb ki, ona özəlliklər versin. Atdan kiçik, eşşəkdən böyük – yerdən düz Allahın hüzuruna çapan heyvan bundan zəngin təsvirə layiq idi…

Əgər İran mollaları ya elə Azərbaycandakı qədəş həcilər desələr ki, Burak at deyilmiş, ilk müsəlman peykiymiş ki, peyğəmbəri düz Allahın hüzuruna qaldırırmış, təəccüblənməyin…

Bu əhvalata necə inanmaq olar?

İnanmaq olarmı ki, cəhənnəmdə günühkarlara çürümüş ət verəcəklər? Milyardlarla insana? Nə əti? Milyon, milyard il? Siz inanırsınızmı ki, indi Azərbaycan xalqını birbaşa ya dolayısı ilə qarət edib dənizin hasarlanmış sahilində qəsrlər tikərək kef çəkənlər cəhənnəmə düşüb üfunətli ət yeyəcəklər?

“İman – sübutsuz inamdır” – deməklə əslində sadəlövh insanları hər cür cəfəngiyata inandırmağa cəhd etmək, hətta uğurla cəhd etmək olar.

 «Filip ona dedi: “İlahi! Bizə Atanı göstər, bu bizə bəsdir.

İsa dedi: Neçə vaxtdır ki, mən sizinləyəm, Filipp, sənsə məni tanımırsan? Məni görən Atanı gprüb; sən necə deyirsən ki, bizə Atanı göstər?

Məgər sən inanmırsan ki, Mən Atadayam  və Ata məndədir? Sizə dediyim sözləri özümdən demirəm. Məndə yer alan Ata işləri görəndir” (Yəhya İncili, 14-cü fəsil).

Və hər bir xristian İsanın Tanrı, həm də Tanrının oğlu olduğuna sübutsuz inanmalıdır və inanır..

Quranda İsanın Allahın oğlu olması qətiyyətlə və hətta hiddətlə rədd olunur. Quran deyir ki, İsa Allahın qulu idi, Allaha oğul ya qız törətmək yaraşmaz.

Niyə yaraşmaz? Atdan kiçik, eşşəkdən böyük heyvanın belində Allahın hüzuruna qalxmaq, orda namazların sayını mənölüm-sənnöllə azaltmaq olarsa, İsa niyə Allahın oğlu ola bilməz? Əgər Məryəmin İsanı ərsiz, yəni ruhdan doğduğunu İslam qəbul edirsə, Allah İsanın atası sayılmalıdır…

X.X.

21. 03. 2024, Samara

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: FAMİL HƏSƏNZADƏ

Стандартный

Famil Şiraslan oğlu Həsənzadə (22 mart 1994KəbirliBeyləqan rayonuAzərbaycan — 8 noyabr 2020SığnaqXocalı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Famil Həsənzadə 1994-cü il martın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. Beyləqan rayon Kəbirli kənd orta məktəbinin məzunudur.

Famil Həsənzadə 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ilin mart ayından eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət etməyə başlamışdır. Minaatan komandirləri kursunu bitirmişdir. «N» saylı hərbi hissənin minaatan taborunda minaatan komandiri vəzifəsində xidmət etmişdir.

Famil Həsənzadə 2020-ci ilin sentyabrın 25-də gizirlik kursunu bitirərək gizir rütbəsi almışdır.

Gizir Famil Həsənzadə 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmiş, noyabrın 8-də  Xocalı rayonunun Sığnaq kəndində həlak olmuşdur.