Category Archives: şəhidlər

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: HƏSƏN YAQUBOV

Стандартный

Həsən Hüseyn oğlu Yaqubov — əsgər, İkinci Vətən müharibəsi şəhidi.

Həsən Hüseyn oğlu Yaqubov 1990-cı ilin 13 aprelində Beyləqan rayonu Şəfəq qəsəbəsində anadan olub.

Həsən Yaqubov Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində sürücü kimi iştirak edib.  2021-ci il yanvarın 12-də Xocalı rayonunda avto qəza nəticəsində həlak olub

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: AZAD YOLÇUYEV

Стандартный

Azad Nizami oğlu Yolçuyev (11 aprel 1985Ağstafa rayonu – 4 noyabr 2020Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Azad Yolçuyev 1985-ci il aprelin 11-də Ağstafa rayonunun Kolayır kəndində anadan olub.  Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı.

Gizir Azad Yolçuyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Azad Yolçuyev noyabrın 4-də Şuşanın azad edilməsi zamanı Daşaltı istiqamətində həlak olub. Ağstafa rayonunda dəfn edilib.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: VÜSAL MƏMMƏDOV

Стандартный

Vüsal Məmmədov (8 aprel 1989Yuxarı SeyfəliŞamxor rayonu – 30 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Vüsal Məmmədov 8 aprel 1989-cu ildə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində anadan olmuşdur. 2007-cı ildə Ələmdar Ələkbərov adına Şəmkir rayon Abbaslı kənd 1 saylı tam orta məktəbini bitirmişdir.

Vüsal Məmmədov 2007-ci ildə  hərbi xidmətə çağırılmışdır.  2008-ci ildə hərbi xidmətini başa vurmuşdur. 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. O, 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsində MurovdağınCəbrayılınXocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş,  30 oktyabr 2020-ci ildə  döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Cənazəsi Şəmkir rayonunun Abbaslı kəndində dəfn edilmişdir.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: HÜSEYN SULTANOV

Стандартный

Hüseyn Fərhad oğlu Sultanov (6 aprel 1996, HacıqurbanobaXaçmazAzərbaycan — 21 oktyabr 2020;, XocavəndAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələri‘nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Hüseyin Sultanov 6 aprel 1992-ci ildə Xaçmazın Hacıqurbanoba kəndində anadan olub. Hüseyn ailədə 3 qardaşın ən kiçiyi idi. 2009-cu ildə Xaçmaz şəhər 2 saylı orta məktəbi bitirib Sumqayıt Dövlət Universiteti‘nin İqtisadiyyat və idarəetmə fakültəsinə daxil olub.  2013-2014-cü illərdə hərbi xidmətdə olmuşdur. Daha sonra dövlət qulluğuna qəbul olaraq Dövlət Statistika İdarəsinin Xaçmaz Rayon Şöbəsində çalışmışdır.

2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hüseyn Sultanov Füzulinin azad edilməsində iştirak edib. 21 oktyabr 2020-ci ildə Xocavəndin Düdüklükəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak  olub. Xaçmazda torpağa tapşırılmışdır

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: ASLAN SALMANOV

Стандартный

Aslan İsrafil oğlu Salmanov (5 aprel 1988TatalılarJdanov rayonu – 27 sentyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Aslan Salmanov 5 aprel 1988-ci ildə Beyləqan rayonunun Tatalılar kəndində anadan olmuşdur.

Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Aslan Salmanov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.  27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: AĞA AĞAYEV

Стандартный

Ağa Əli oğlu Ağayev (4 aprel 2001Yeni HəyatQusar rayonu – 25 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Ağa Ağayev 2001-ci il aprelin 4-də Qusar rayonunun Yeni Həyat kəndində anadan olub.

Ağa Ağayev 2020-ci il sentyabrın 27-də\ Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Oktyabrın 25-də həlak olub. Qusar rayonunda dəfn edilib.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: ETİBAR MAHMUDOV

Стандартный

Etibar Aleksandr oğlu Mahmudov (2 aprel 1987; MingəçevirAzərbaycan — 8 noyabr 2020; QubadlıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Etibar Mahmudov 2 aprel 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1994-cü ildə Mingəçevir şəhər 14 nömrəli məktəbin birinci sinfinə qəbul olmuşdur. Atası uşaq yaşlarında vəfat etdiyindən 2000-ci ildə təhsilini yarımçıq qoymuşdur.

2006-cı ildə həqiqi hərbi xidmətə çağırılmışdır.

Etibar Mahmudov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 28 oktyabr tarixindən iştirak etmişdir. CəbrayılınQubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.  8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: ATƏŞ ASLANOV

Стандартный

Atəş Yusif oğlu Aslanov (1 aprel 1993MəşədivəlilərTovuz rayonu – 25 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Atəş Aslanov 1993-cü il aprelin 1-də Tovuz rayonunun Məşədivəlilər kəndində anadan olub.  2000–2004-cü illərdə Məşədivəlilər kənd tam orta məktəbində, 2004–2011-ci illərdə İ. Bayramov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı yadigar qaldı.

Atəş Aslanov 2012–2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində zamanı könüllü iştirak edib. Atəş Aslanov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı həlak olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn edilib.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: MURAD BABAYEV

Стандартный

Murad Nadir oğlu Babayev (31 mart 1982SabirabadCəlilabad rayonu – 27 sentyabr 2020Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi.

Murad Babayev 1982-ci il martın 31-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub.  Ailəli idi. Samir adlı oğlu, Zəhra və Fatimə adlı isə qızları yadigar qaldı.

Murad Babayev 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Baş gizir Murad Babayev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərin birinci günü həlak olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn edilib.

QARABAĞ UĞRUNDA HƏLAK OLANLAR: MİRSÜLEYMAN SÜLEYMANOV

Стандартный

Mirsüleyman Aydın oğlu Süleymanov (30 mart 1998; BakıAzərbaycan — 16 oktyabr 2020; AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Mirsüleyman Süleymanov 1998-ci il martın 30-da Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin 271 saylı tam orta məktəbinə daxil olub. 2015-ci ildə məktəbi başa vurub və Azərbaycan Universitetinin İnformatika Kommunikasiya Texnoloqiyasının riyaziyyat fakültəsinə daxil olub və 2019-cu ildə oranı bitirib və həmin ili Sabunçu rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilib.

2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Mirsüleyman Süleymanov Suqovuşan, Ağdərə, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 17 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. 20 noyabr 2020-ci ildə Bakı şəhəri Bakıxanov qəsəbəsində dəfn edilmişdir.