Category Archives: şəhidlər

QARABAĞ ŞƏHİDLƏRİ: DOKTOR CABBAR FAİQOV

Стандартный

Cabbar_Faiqov.jpg

Cabbar Faiqov — əslən Axısqa türklərindən olan azadlıq hərəkatı iştirakçısı, Qarabağ müharibəsi şəhidi və hərbi həkim.

Faiqov Cabbar Cavad oğlu 1963-cü il aprel ayının 20-də Saatlı rayonunun Varxankənd kəndində anadan olmuşdur. 1970-ci ildə Varxankənd orta məktəbininin I sinfinə daxil olmuş, 1980-ci ildə həmin məktəbi əla və yaxşı qiymətlərlə bitirmişdir. Həkim olmaq istəyən Cabbar Faiqov sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna vermişdir. 1987-ci ildə müalicə-profilaktika fakültəsini müvəffəqiyyətlə bitirmişdir.

Ailəli və 3 sahibi olmuşdur.

Cabbar Faiqov ali təhsilini bitirdikdən sonra Saatlı rayonunun Məmmədabad kənd xəstəxanasında baş həkim təyin olunmuşdur.

1988-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda azadlıq hərəkatı başlayanda Cabbar da bu hərəkata qoşularaq hərəkatın öncülərindən biri olmuşdur. Onun həmçinin 1989-cu ildə məlum Fərqanə hadisəsindən sonra Özbəkistandan Azərbaycana pənah gətirən Axısxalı türklərin Bakı şəhərində qarşılanaraq regionlara bölüşdürülməsində və yerləşdirilməsində çox böyük əməyi olmuşdur.

Faiq Cabbarov 1993-cü ilin noyabr ayında könüllü olaraq hərbi xidmətə yollanmışdır. Əvvəlcə Füzuli rayonunun Şükürbəyli kəndindəki hərbi hospitalda həkim işləmiş, daha sonra isə öz ərizəsi ilə qızğın döyüşlərin getdiyi Tərtərə xidmətə getmiş, bir necə ayın ərzində həmçinin Ağdam və Ağdərə istiqamətində də hərbi həkim kimi xidmət etmişdir.

Daim ön xəttlərdə xidmət edən tibb leytenantı Cabbar Faiqov, 1994-cü ilin may ayının 12-də, Qarabağda aktiv hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan Bişkek protokolunun imzalandığı gün erməni mühasirəsinə düşərək şəhid olmuşdur.

vikipediya

Реклама

QARABAĞ ŞƏHİDLƏRİ: ƏMİRCANLI MAHİR HÜSEYNOV

Стандартный

Mahir_Hüseynov_(şəhid)

Mahir Ağaxan oğlu Hüseynov 1968-ci il aprelin 11-də Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. 1985-ci ıldə 114 nömrəli orta məktəbi bitirib.1986-1988-ci illərdə Rusiyanın Maqadan şəhərində hərbi xidmətdə olub.Hərbi xidmətdən qayıtdıqdan sonra rabitəçi peşəsinə yiyələnib.1993-cü ilin yazında könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb.Helikopterdə bort-atıcı kimi döyüşüb. 1994-cü ilin yanvarın 10-da Horadiz ətrafında gedən döyüşlər zamanı həlak olub.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli sərəncamı ilə Mahir Ağaxan oğlu Hüseynov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif olunub.

VİKİPEDİYA

QARABAĞ ŞƏHİDLƏRİ: CƏLAL RÜSTƏMOV

Стандартный

Cəlal_Rüstəmov.jpg

Cəlal Rüstəmov (azərb. Rüstəmov Cəlal Əbdülhəkim oğlu‎) — Qarabağ müharibəsinin iştirakçısı, şəhid. Cəlal Rüstəmov Ağdərə döyüşünün fəal iştirakçılarından biri olmuş Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun batalyonunda döyüşmüşdür.

Rüstəmov Cəlal Əbdülhəkim oğlu 1965-ci ilin 9 aprel tarixində İsmayıllı rayonunun Mican kəndində anadan olmuşdur. Orta təhsilini İsmayıllı şəhərinin 3 saylı məktəbində tamamlamışdır. 1982-ci ildə Bakı Neft Kimya Texnikumuna qəbul olmuşdur. Təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Cəlal Rüstəmov 19831985-ci illərdə Moskvaşəhərində hərbi xidmət keçmişdir. 1985-ci ildə hərbi xidmətini tamamlayaraq Azərbaycana qayıtmışdır. Təhsilini neft sahəsində aldığı üçün mütəxəssis kimi Tümen vilayətinə göndərilmişdir. Cəlal Rüstəmov Tümen vilayətinin Novıy-Urenqoy şəhərində neft mühəndisi sonralar isə baş mühəndis kimi çalışmışdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş Xocalı soyqırımı Qarabağ müharibəsinin əsas dönüş nöqtələrindən bir hesab olunur. Bu hadisədən sonra Azərbaycanda və ölkədən kənarda (xüsusi ilə Rusiya və Ukraynada) yaşayan onlarla azərbaycanlı könüllü döyüşmək üçün ordu sıralarına yazılmışdır. Xocalıda baş verən dəhşətlərdən təsirlənən Cəlal Rüstəmovda Novıy Urenqoy şəhərindəki əmək fəaliyyətinə son verərək Azərbaycana qayıtmışdır. Cəlal Rüstəmov artıq mart ayında könüllü batalyonların tərkibində döyüşürdü.

Cəlal Rüstəmov Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin birinci müavini olmuş Şikar Şikarovun rəhbərlik etdiyi batalyonda döyüşən Cəlal Rüstəmov Ağdərə döyüşünün fəal iştirakçılarından biri olmuşdur. Komandiri olmuş Şikar Şikarovun1992-ci il 13 iyun tarixində Ağdərə uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olması Cəlal Rüstəmovu bərk sarsıtmış, bu barədə verdiyi müsahibəsində də bildirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli, 6 saylı fərmanı ilə polkovnik Şikarov Şikar Şükür oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. 1992-ci ilin 14 sentyabr tarixində kəşfiyyat əməliyyatında olan zaman Cəlal Rüstəmov Ağdərə rayonunun ərazisində itkin düşmüşdür. Həmin tarixdən etibarən taleyi naməlumdur.

Cəlal Rüstəmov Qarabağ müharibəsində Ağdərə istiqamətindəki Üçüncü briqadanın kəşfiyyatçı qrupunda döyüşmüşdür. Qrup Kərim Xanməmmədov, Hafiz Həsənov, Heydər Həsənov və Cəlal Rüstəmovdan təşkil olunmuşdu. Kərim Xanməmmədov hal-hazırda Bakı şəhərində, Heydər Həsənov isə Rusiya Federasiyasında yaşayır. Hafiz Həsənov isə müharibədə həlak olmuşdur. Cəlal Rüstəmov Hafizin həlak olması haqqında verdiyi müsahibəsində bildirir;

2013-cü ildə Cəlal Rüstəmovun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə İsmayıllı rayonunda şəhidin adına bulaq-abidə kompleksi inşa olunmuşdur. Kompleks rayonun icra başçısı Mirdaməd Sadıqovun təşəbbüsü ilə tikilmişdir.[1] Cəlal Rüstəmovun yaşadığı küçə 2012-ci ildən etibarən onun adını daşımaqdadır. Şəhidin xatirəsi rayonun 3 və 7 saylı orta məktəblərində keçirilən müxtəlif tədbirlərlə də münətəzəm şəkildə qeyd edilir.

2018-ci ildə İsmayıllı rayonunda ədəbiyyat müəllimi, rayon təhsil şöbəsində metodist kimi çalışan Rəna Mirzəliyeva tərəfindən yazılmış Atam mənə oğul dedi kitabının təqdimat mərasimi keçirilmişdir. 1989-cu ildə ailə həyatı qurmuş Cəlal Rüstəmovun bir qız və bir oğul övladı yadigar qalmışdır.

vikipediya

QARABAĞ ŞƏHİDLƏRİ: SALEH MUSAYEV

Стандартный

Saleh Musayev (azərb. Musayev Saleh Sabir oğlu‎; d. 7 aprel 1970. YevlaxAzərbaycan SSR – ö. 14 noyabr 1992. AğdərəAzərbaycan) — Qarabağ müharibəsinin iştirakçısı, şəhid.

Vatutin adına Poltava Zenit-Raket Komandirlər Məktəbinin məzunu, Qarabağ müharibəsininiştirakçısı, şəhid Saleh Musayev təlim zamanı. (PoltavaUkrayna SSR1991)

Saleh Musayev 7 aprel 1970-ci ildə Azərbaycan SSR-in Yevlax şəhərində anadan olmuşdur. 1976-cı ildə Yevlax şəhər 4 nömrəli məktəbə daxil olmuş, 1985-ci ildə bitirmişdir. 1985-ci ildə Bakıda yerləşən fizikariyaziyyat təmayüllü liseyə daxil olmuşdur. 1987-ci ildə həmin məktəbi bitirmişdir. 1987-ci ildə Ukrayna SSR-in Poltava şəhərində yerəşən general N.F.Vatutin adına Zenit-Raket Komandirlər məktəbinin Quru qoşunlarının havadan taktiki müdafiəsi ixtisasına qəbul olmuş, 1991-ci ildə radio mühəndisi ixtisası ilə leytenant rütbəsində məktəbi bitirmişdir. Elə həmin il 23 iyun tarixində SSRİ Müdafiə Nazirliyinin 0641 nömrəli əmri ilə Poltavada 35705 saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilmişdir.

26 fevral1992-ci il Xocalı soyqırımıdan sonra Saleh Musayev Azərbaycana gəlmək qərarı alır. Təyinatını Gəncə şəhərində yerləşən 732 saylı hərbi hissəyə alır və baş leytenant rütbəsində batalyon komandiri olaraq ön cəbhədə döyüşlərə yollanır. İlk döyüşlərini Goranboy cəbhəsindən başlayan Saleh AğcakəndBaşkənd və bir sıra məntəqələrinon azad edilməsində fəal iştirak edir. Daha sonra Ağdam rayonunun Sırxavənd kəndinin azad edilməsində aktiv rol oynayır.

Azərbaycan Ordusunun 1992-ci iliyin iyununda başladığı əks-hücumunda Saleh və batalyonu da aktiv iştirak edir. MarquşavanHəsənqaya, Gödəkburunun azad edilməsində müstəsna xidmətləri olur. 1992-ci il 14 noyabr tarixində Ağdərənin Çıldıran kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə Saleh son anadək döyüşü idarə edir. Döyüş zamanı atışma mövqeyini dəyişərkən minaya düşür.

Yoldaşları cəsədini çətinliklə də olsa qarlı döyüş meydanından çıxara bilirlər. Kəskin qan itirmədən vəfat edir. Doğulduğu Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Yevlaxda yaşadığı küçə də hal-hazırda onun adını daşıyır. Gəncə şəhər Kəpəz Hərbi Komissarlığının şəhidlər lövhəsində də şəkli var. Şəhid olan zaman Tərtər şəhər 703 saylı hərbi hissənin zabiti idi. 1991-ci ildə ailə qurmuşdu, bir oğlu var idi.

vikipediya

ŞƏHİDLƏR: ETİBAR ƏHMƏDOV

Стандартный

Etibar_Əhmədov_(şəhid).jpg

Etibar Əhəmədov 17 mart 1960-cı ildə Azərbaycan SSR-in Ağdam rayonunun Sarıcalı kəndində anadan olub. 1967-ci ildə ilk orta təhsilini Sarıcalı kənd 8 illik məktəbində (indiki I saylı Sarıcalı kənd tam orta məktəbi) almağa başlamış, 1975-ci ildə buranı bitimişdir.

1975-ci ildə Respublika Kimya-biologiya təmayüllü 5 nömrəli internat məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi bitirmişdir.

1977-ci ildə 54 nömrəli texniki-peşə məktəbinə daxil olub əl qaynaqçısı peşəsinə yiyələnmişdir. 1978-ci ildən BBTİ-nin 3 nömrəli ETK-nda əmək fəaliyyətinə başlamışdır. 1979–1981-ci illərdə Belarusiyada tikinti batalyonunda hərbi xidmətdə olmuşdur. 1981-ci ilin iyununda yenidən 3 nömrəli ETK-da əmək fəaliyyətinə başlamışdır.

1981-ci ildə Azərbaycan  Neft və Kimya İnstitutunun elektrotexnika fakultəsininin axşam şöbəsinin daxil olmuş, 1987-ci ildə institu bitirərək mühəndis-elektrik diplomu almışdır. 1988-ci ilin avqustundan SEİB-in baş direktorunun əmri ilə 4 nömrəli ETK-da işləməyə başlamışdır.

1993-cü il 16 noyabr tarixində könüllü olaraq Binəqədi batalyonuna qoşularaq cəbhədə döyüşməyə yollanır. 10 dekabr tarixində Beyləqan rayonunun Haramı düzündə baş verən döyüşlərdə şəhid olur.

Yoldaşlarının bildirdiyinə görə qəfil mühasirə zamanı batalyon çıxılmaz bir vəziyyətə düşür, yanında yaralanan bir yoldaşını xilas edir, digər yoldaşına yardım edərkən yanlarında baş verən partlayış zamanı torpaq alta qalırlar, bu ərazidə baş verən döyüş bitdikdən, düşmən geri çəkiləndən düz 10 gün sonra özünün və digər əsgərlərimizin cəsədini torpaq altından çıxara bilmişlər. 1988-ci ildə ailə həyatı quraraq Bakıya köçüb və burada yaşamağa başlamışdır. 3 övladı (1 oğlan, 2 qız) var.

vikipediya

QARABAĞ ŞƏHİDLƏRİ: ADİL MƏNSİMOV

Стандартный

shehidler_xiyabani

Adil Mənsimov 17 mart 1972-cü ildə Qafanın Qovşud kəndində anadan оlmuşdur.
1 sentyabr 1992-ci ildə Abşeron rayоn Hərbi Kоmisarlığı tərəfindən hərbi хidmətə çağrılmış və Qarabağ uğrunda gеdən döyüşlərin iştirakçısı оlmuşdur.
Sıravi əsgər Adil Mənsimov 810-cu hərbi hissənin avtomatçısı idi.
10 dekabr 1992-cü ildə Qubadlı rayonunun Seytaz kəndində gеdən döyüşlər zamanı həlak olmuşdur.
Saray qəsəbəsində dəfn olunub.
Ölümündən sonra 16 sentyabr 1994-cü ildə «Hərbi xidmətlərə görə» medalı ilə təltif edilib.Bu çəsur vətən oğlunun adı əbədiləşdirilərək vaxtı ilə yaşadığı kücəyə verilmişdir.

QARABAĞ ŞƏHİDLƏRİ: CAVANŞİR BALAYEV

Стандартный

Cavanşir_Balayev.jpg

Cavanşir Musa oğlu Balayev (d. 25 fevral 1958ŞamaxıAzərbaycan — ö. 12 iyun 1992AğdamAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. I Qarabağ müharibəsinin şəhidi.

Cavanşir Balayev 1958-ci il 25 fevralda Şamaxı şəhərində anadan olub.

1991-ci ildə hərbi xidmətə yollanan və NaxçıvanlıTap QaraqoyunluGülablı qəsəbələri uğrunda döyüşlərə, həmçinin Xocalı rayonunun müdafiəsi uğrunda döyüşlərə qatılan Cavanşir Balayev, 1992-ci il 12 iyunda Ağdam rayonu istiqamətində baş tutan Qaraqaya əməliyyatında şəhid olub.

ŞƏHİDLƏR: ADİL TATAROV

Стандартный

Adil_Tatarov.jpeg

Adil Tatarov (tam adı: Adil Əli oğlu Tatarov) — 2018-ci il 20 may tarixində AzərbaycanErmənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olmuşdur. Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmənkəndində doğulub və Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb. Ailədə 5 uşaqdan kiçiyi olan Adil eyni zamanda Tatarovlar ailəsinin yeganə oğul övladı olub.

Şəhid doğulub boya-başa çatdığı Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbtstanlığında son mənzilə yola salınıb. Dəfn mərasimində şəhidin müəllimləri, sinif yoldaşları, dostları, döyüş yoldaşları, Müdafiə Nazirliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

vikipediya

ŞƏHİDLƏR: ŞƏMKİRLİ ZABİT RİZVAN MƏMMƏDOV

Стандартный

Rizvan_memmedov.jpg

Rizvan İdris oğlu Məmmədov 1966-cı il 10 yanvarda Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olmuşdur. 1984-cü ildə hərbi xidmətə çağırılmış, Xarkov şəhərində hərbi məktəbə təyinat almışdır. Məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra bir müddət Dnepropetrovsk şəhərində hərbi hissədə xidmət etmişdir. Azərbaycan Milli Ordusunun yaranması ilə əlaqədar Vətənə qayıtmış, Dəllər batalyonunda döyüşmüşdür. Hərbi bilik və bacarığına, Başkənd uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə kapitan rütbəsinə layiq görülmüşdür. 1992-ci il 15 avqustda Gədəbəyin Şınıx bölgəsində gedən şiddətli döyüşdə qəhrəmancasına həlak olmuşdur.

 

MİLLİ QƏHRƏMANLAR: MƏTLƏB QULİYEV

Стандартный

MƏTLƏB QULİYEV.jpg

Mətləb Quliyev  9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur. İbtidai təhsilini 3 saylı orta məktəbdə almışdır. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olur. Hərbi xidmətini isə Ukraynada keçirir. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstituna daxil olur. 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktədbə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır. 1992-ci ildən DİN-ə işə düzəlir, bununla da onun həyatının narahat günləri başlayır.

Mətləb Quliyev tez-tez cəbhəyə gedirdi, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışırdı. 1992-ci il 31 avqust Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Mənfur erməni quldurları yüksəklikləri ələ keçirmişdilər. Mətləb pulemyotla düşmənin üzərinə yeriyirdi onlarla erməni yaraqlısını məhv edən Mətləbin mərmisinin bitdiyini görən vəhşi azğınlaşmış ermənilər onu hər tərəfdən mühasirəyə alaraq atəş açmağa başladılar o, bu döyüşdə qəhrəmancasına həlak oldu.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.