Category Archives: Ocaq qəzeti

BAYATI-QACAR YOX, BAYATI-ÇOBAN ELDAR!

Стандартный

Heyf, çox heyf! Arzuma çatmadım. Deyirdim beş-on günə Azərbaycan İranla müharibə eləyər, mən də gedib vuruşaram. Özü də mən birbaşa İrana gedəcəkdim, çünki Azərbaycana getmək olmur, Əliyev ölkənin sərhədini Məşədi İbad evinin qapısını arvadlarının üzünə qıfıllayan kimi qıfıllayıb. Mən Rusiyadan birbaşa İrana keçib düşməni arxadan vuracaqdım. Arzum ürəyimdə qaldı. Türkiyədəki zəlzələdən sonra Azərbaycan daha İranla necə müharibə elər? Türk generallarının da başı qarışıb zəlzələyə. Bizim öz generallarımızla müharibə eləmək olmaz. Bizim öz generallarımızı qoyasan əsgərin dalına paya soxalar, xayasına cərəyan buraxalar. Yox, öz generallarımız müharibə eləsələr də mən yaxın getmərəm…

Bilmirəm Türkiyə generallarının başı haçan açılacaq və Azərbaycan haçan İranla müharibəyə başlayacaq. Hələlik bu düşmən dövlətlə ideoloji mübarizə aparmaq lazımdır. Gecə-gündüz.

Məsələn, dilimizdən fars sözlərini yavaş-yavaş çıxarmalıyıq. Muğamların adlarına fikir verin – rüsvayçılıqdır! Hamısını azərbaycancaya çevirmək lazımdır. Mən bəzilərini çevirmişəm:

Dügah – İkigah

Segah – üçgah

Çahargah – Dördgah

Düzdür, “gah”da farsındır, ona hələlik əvəz tapmadım, ancaq gec-tez tapılacaq, Salyana yolum düşsən, nə qədər söz lazım olsa, taparam. Br az ağ, bir az qara… Sənə bir ilham gəlir ki…

Götürək “Dəşti” muğamını. Bunun adı öz dilimizdə olacaq “Çölləmə”.

“Çölləmə” muğamı” İfa edir xalq artisti Alim Qasımov. Nağarada müşayiət edir qızının kürəkəni!

Gözəl!

Götürək Bayatı-Şiraz muğamını. Niyə Şiraz? Niyə Gəncə omasın? Deyirsniz Gəncə də farscadır? Bəlkə Bayatı-Səlyan? Səlyan da farscadır? Bəs “BayatıZərdab”? O da farscadır? Bu farslar bizdən icazəsiz şəhərlərimzə ad qoyublar… Bəlkə Bayatı-Noxudlu? Noxudlu Səlyanda kənddir. Əhali arvadlı-kişili tamam Azərbaycan türküdür. Noxudun da xalis türk bitkisi olduğunu UNESKO çoxdan təsdiq edib.

Götürək Bayatı-Qacar muğamını. Niyə Qacar? “Mənim babam olmuş iyirmialtılar” kimi ölməz misranın müəllifi akademik şair Səməd Vurğun “Vaqif” komediyasında sübut eləmişdi ki, Qacarı çoban Eldar dəyənəklə vurub öldürüb. Qalib çoban Eldar olub, muğam Qacarın adınadır. Biabırşçılıq! Muğam “Bayatı-çoban Eldar” adlanmalıdır!

Muğamlardan başlayıb sonra başqa fars sözlərini də də dəyişmək olar. Nə bilim gül, bülbül, can, canan, yar, əğyar, cəfa, vəfa, səfa… Bunların hamısını dilimizdən çıxarmaq lazımdır. Düzdür, bütün fars sözlərini dilimizdən çıxarsaq, danışmağa çətin söz taparıq. Gərək ağzımıza su alıb susaq. Əslində bizim millət elə sussa yaxşıdır. Doğru söz danışana polis paya yeridir, üstünə işəyir. Gərək yalan danışasan, birinciyə, birincinin birinci xanımına tərif deyəsən. Onda da olursan, rus demişkən, “kusok qovna”…

Allah türklərə kömək olsun, tezliklə zəlzələnin nəticələrini aradan qaldırsınlar. Yeri gəlmişkən, mən zəlzələnin olmağını Aygün Muradxanlıdan öyrəndim. Gördüm İnternetdə yazıb ki, “Türkiyədə deprem olub”. Mən əvvəl elə bildim ki, bir oğlan bir qızı, türkün məsəli, zad eləyib, Nuradxanlı da abırlı arvad olduğundan üstüöürütlü yazır ki,  “deprem” olub. Yəni mən “deprem”i ayıb söz kimi başa düşmüşəm… Vallah, oxuyanda o yan-bu yanıma baxırdım ki, məni görən varmı. Deyərlər kişi ağsaqqal vaxtında pornoqrafiya oxuyur…

Sonra mənə başa salıblar ki, Mirzə, bu deprem sən deyən depremdən deyil, bu depremdə yerin altı üstünə qalxır…

Başa düşdüm ki, Aygün Muradxanlı türkçükük davası eləyır. Gözəl jurnalistdir, həm də türksevərdir. Ancaq görkəminə baxanda elə bilirsən ki, iki-üç dəfə deprem yaşayıb…

Mirzə ƏLİL

07.02. 2023, Samara

Реклама

Защищено: ИСТОРИЯ ГАЗЕТЫ «ОЧАГ»: ЭТНОПРОВИНЦИАЛЬНАЯ ДРАМА

Стандартный

Это содержимое защищено паролем. Для его просмотра введите, пожалуйста, пароль:

«MOLLA NƏSRƏDDİN»: CORAB AZARI

Стандартный

1909  CORAB

Eh, xanımlar, zəhləmizi tökməyin, budur mənim corabım, görün qoxu bundan gəlir ya sizin saçınızdan. (Qafqaz dəmir yolunda, ikinci klasda)

«Molla Nəsrəddin», 1909-03

«MOLLA NƏSRƏDDİN»: GÖZƏL ADƏTLƏRİMİZ

Стандартный

TƏZƏ BƏY GƏLİN OTAĞINA GİRƏNDƏ

Təzə bəy gəlin otağına girəndə

 

1907-36 TƏZƏ BƏY GƏLİN OTAĞINDAN ÇIXANDA

Təzə bəy gəlin otağndan çıxanda

«Molla Nəsrəddin», 1907-36

«MOLLA NƏSRƏDDİN»: BORÇALILAR HƏMİN BORÇALILARDIR

Стандартный

1908 TİFLİSDƏ KONKADA İKİ NƏFƏR BORÇALI MÜSƏLMANLARININ DAVASI

«TİFLİSDƏ KONKADA İKİ NƏFƏR BORÇALI MÜSƏLMANLARININ DAVASI»

«Molla Nəsrəddin», 1908-12

«MOLLA NƏSRƏDDİN»: ŞÜVƏLAN QİRAƏTXANASINDA TOY

Стандартный

ŞÜVƏLANDAN MƏKTUB

Möhtərəm Molla əmi!

Bu il yay fəsli Şüvəlan qiraətxanasında o qədər qəzet oxuyan olurdu ki, qəzetlər əldən-ələ çatmayırdı. Hələ neçə dəfələr qəzet üstündə dava-qalmaqal olub, yüngül yaralananlar da olmuşdu. Müxtəsər, qiraətxana şuluq olduğuna göğrə bu axır vaxt çkib qapısını bağladım və ağzına da bir zorba qıfıl vurdum.

Ancaq bu günlər Şüvəlan yaylaq sezonunun sonu olduğuna görə camaata bir keyf göstərib, ürəıklərini ələ gətirib şad eləmək üçün qiraətxana həyətində dadlı bir toy məclisi düzəltdim.

Şəhərdən bir dəst zurnaçı və bir dəst xanəndə gətitrtmişəm. İki dənə də nazənin sənəm rus matişkası gecə səhərə qədər oynayıb ləzzət verməkdədirlər. Gecələr də ay işığı, sərin hava, özgə ləzzəti var. Bu saat şirin keyfdir. Bu toyu səndən çox nisgil elədiyimə görə bu kağız ilə bərabər bir dənə dəvətnamə sənə göndərdim.

Ümidvaram ki, zəhməti qəbul edib əlib bizim Şüvəlan qiraətxanamızı və nə qədər tərəqqi etdiyimizi görüb gedərsiniz.

ŞÜVƏLAN

«Molla Nəsrəddin», 1914-25

 

«MOLLA NƏSRƏDDİN»: NAXÇIVAN BƏYLƏRİ KEFDƏDİRLƏR

Стандартный

1914 NAXÇIVANDA BƏYLƏRİN BAYRAM KEFİ

Naxçıvanda bəylərin bayram keyfi.

Праздничное развлечение беков в Нахычевани.

«Molla Nəsrəddin», 1914-12

 

«MOLLA NƏSRƏDDİN»: ÖLKƏNİ KƏRBƏLAYILAR BÜRÜYÜBLƏR

Изображение

«AY KƏRBALAYI!»

1913-18 MƏN Kİ BUNLARIN BİRİAİN ÇAĞIRDIM, HAMISI DÖNÜB BAXDI

«MƏN Kİ BUNLARIN BİRİSİNİ ÇAĞIRDIM, DEYƏSƏN BU ZALIMLAR HAMİSI KƏRBALAYI İMİŞ, HAMISI DÖNÜB BAXDI…»

«Molla Nəsrəddin», 1913-18

 

 

«MOLLA NƏSRƏDDİN»: AĞDAŞLILAR VƏ QRAMOFON

Стандартный

 

 

      AĞDAŞLILAR

1909-11 AĞDAŞ

«YOX, YOX, ONA QULAQ ASMAQ HARAMDIR, ORADAN CİN SƏSİ GƏLİR!»

«О, ПУСТИТЕ, ПУСТИТЕ, ТАМ ЧЕРТИ ПОЮТ…»

«Molla Nəsrəddin», 1910-11