Category Archives: MOLLA NƏSRƏDDİN

«MOLLA NƏSRƏDDİN»: GÖZƏL ADƏTLƏRİMİZ

Стандартный

TƏZƏ BƏY GƏLİN OTAĞINA GİRƏNDƏ

Təzə bəy gəlin otağına girəndə

 

1907-36 TƏZƏ BƏY GƏLİN OTAĞINDAN ÇIXANDA

Təzə bəy gəlin otağndan çıxanda

«Molla Nəsrəddin», 1907-36

Реклама

«MOLLA NƏSRƏDDİN»: ORDUBADDA YAXŞI VAXTLAR OLUB…

Стандартный

1907-40 ORDUBAD ŞƏHƏRİDARƏSİNİN MƏCLİSİ

«ORDUBAD ŞƏHƏR İDARƏSİNİN MƏCLİSİ»

«Molla Nəsrəddin», 1907-40

BÖYÜK AZƏRBAYCANLI CƏLİL MƏMMƏDQULUZADƏNİN XATİRƏ GÜNÜ

Стандартный

 

mehemmedquluzade-c

Məmmədquluzadə Cəlil Hüseynqulu oğlu (22 fevral 1869, Naxçıvan – 4 yanvar 1932, Bakı) — yazıçı, dramaturq, jurnalist, ictimai xadim. Böyük satirik, ədib Cəlil Məmmədquluzadə məşhur «Molla Nəsrəddin» ədəbi məktəbinin banisi və idea rəhbəri, kiçik hekayə ustası, qüdrətli dramaturq və publisistdir.

Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir (1887-1897). Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. 1889-cu ildə yazdığı «Çay dəstgahı» alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, «Kişmiş oyunu» komediyasını və «Danabaş kəndinin əhvalatları» (1894; 1936 ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır.

1903-cü ildən Tbilisidə nəşr edilən «Şərqi-Rus» qəzeti redaksiyasında işləmişdir. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında «Şərqi-Rus» qəzeti və onun redaktoru Məhəmməd ağa Şahtaxtinskinin mühüm rolu olmuşdur. «Poçt qutusu» adlı ilk mətbu əsəri, «Kişmiş oyunu», Lev Tolstoydan tərcümə etdiyi «Zəhmət, ölüm və naxoşluq» hekayələri ilk dəfə bu qəzetdə dərc edilmişdir.

İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan «Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanındı. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı.

1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçmüş, 1921-ci ildə orada «Molla Nəsrəddin»in 8 nömrəsini çap etmişdır.

 Keçmiş Astraxanbazar rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxçıvanda və Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılmışdır.

1896-cı ildə ilk ailəsini qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. İkinci dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş və oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir.

vikipediya

 

«MOLLA NƏSRƏDDİN»: NAXÇIVANDA VƏZİFƏLİLƏRƏ HƏMİŞƏ HÖRMƏT OLUB…

Стандартный

1907-33  NAXÇIVANDA QORODSKOY DUMANIN

«NAXÇIVANDA QORODSKOY DUMANIN TƏZƏ ÜZVLƏRİNİN EVLƏRİNİN QABAĞINA APARIRLAR»

«Molla Nəsrəddin», 1907-33

«MOLLA NƏSRƏDDİN»: ƏXLAQ NÜMUNƏLƏRİMİZ

Стандартный

 

1907-28 KƏBLA HƏSƏN, BU URUS ARVADINA BAX. QU, QU, QU, QU

«Kəbla Həsən, urus arvadına bax qu, qu, qu, qu…»

«Molla Nəsrəddin», 1907-28

«MOLLA NƏSRƏDDİN»: MÜSƏLMANLARIN DƏMİR YOLU

Стандартный

1907-27  MÜSƏLMANLARIN DƏMİR YOLU

Müsəlmanların dəmir yolıu

«Molla Nəsrəddin», 1907-27

 

«MOLLA NƏSRƏDDİN»: NEÇƏ VERİRİSƏN? MÜƏLLİM, YAXŞI FİKİRLƏŞ!

Стандартный

1907-21 bakı realnı şkolasında imtahan

Bakı realnı şkolasında imtahan

«Molla Nəsrəddin», 1907-21

«MOLLA NƏSRƏDDİN: DOYUNCA YEMƏK ARZUSU

Стандартный

1907-16 Dadaş deyirlər dünyada elə adamlar var ki hər gün

«Dadaş, deyirlər dünyada elə adamlar var ki, hər gün ət yeyirlər, doğrudurmu?»

«Molla Nəsrədiin», 1907-16

MOLLA NƏSRƏDDİN: QAZAXLILAR KAZAKLARA 200 MANATLIQ QONAQLIQ VERDİLƏR…

Изображение
MOLLA NƏSRƏDDİN: QAZAXLILAR KAZAKLARA 200 MANATLIQ QONAQLIQ VERDİLƏR…

 

KAZAKLARA QONAQLIQ

(Qazax şəhərindən)

Molla əmi, bir neçə söz istəyirəm yazam, amma qorxuram uzun ola, çap etməyəsən. Çünki xəbər vermişdin ki, uzun məqalələri çap etmirsiniz.

Bəli, keçək mətləbə, amma qorxuram çap etməyəsən. Bəli, bir neçə gün bundan müqəddəm bizim Qazax şəhərinddə bizim Qazax şəhərində olan kazak qoşununu buradan dəyişib özgə yerə göndərirdilər. Qərəz, şəhərimizin ağsaqqalları, yəni millət dərdi çəkənlər, başladılar kasıb-kusubdan pul yığmağa ki, kazaklara qonaqlıq versinlər. Bağışla, Molla əmi, deyəsən uzun oldu, qorxuram çap etməyəsən. Qərəz, başladılar pul yığmağa. Biz dedik ki, axır, ay ağalar, həyə bizim artıq pulumuz var, göndərin acından ölərn qardaşlarımıza, dəxi niyə çaxıra verib doıduraq urusların qarnına? Və bir də bu kazakları bizə tənbeh eləmək üçün şəhərə göndərmişlər, daha biz niyə bunlara qonaqlıq verək? Biz bunlardan nə bir mehribanlıq gördük?

Amma, Molla əmi, deyəsən uzun oldu, çap eləməyəcəksən. Bəli, iki yüz manatadək pul yığdılar və qonaqlıq elədilər. Amma, ay Molla əmi, sən allah bir mənə de görüm, həyə bizim artıq pulumuz var, niyə bir məktəb açmırıq?

Bağışla, Molla əmi, mən bilirəm ki, kağızım uzun oldu, çap eləməyəcəksən, amma bir mənə de görüm, nə vaxt biz adam olacayıq? Bağışla, Molla əmi, başağrısı verdim. Bilirəm ki, bu kağızı atacaqsan səbətə, çünki uzun oldu. Bağışla, Molla əmi!

                                             Lağlağı

«Molla Nəsrəddin», 1907-14

«MOLLA NƏSRƏDDİN: GƏNCƏDƏ ŞEYTAN ARABASI

Стандартный

1912-06 GƏNCƏDƏ AFTAMABİL»

«GƏNCƏDƏ AFTAMABİL»

«Molla Nəsrəddin», 1912-06