Category Archives: DƏDƏ QORQUD

ТОФИГ АГАГУСЕЙНОВ: ПЕРВЫЙ АЗЕРБАЙДЖАНЕЦ, СТАВШИЙ ГЕНЕРАЛ-ПОЛКОВНИКОМ СОВЕТСКОЙ АРМИИ

Стандартный

%d0%b0%d0%b3%d0%b0%d0%b3%d1%83%d1%81%d0%b5%d0%b9%d0%bd%d0%be%d0%b2_%d1%82%d0%be%d1%84%d0%b8%d0%ba

Тофик Якуб оглы Агагусейнов — советский и азербайджанский военачальник, государственный деятель. Генерал-полковник (6 мая 1980)

Родился 1 февраля 1923 года в городе Нуха (Шеки) Азербайджанской Республики в семье врача. В 1930 году семья Агагусейновых переехала в Баку и в том же году он пошёл в школу № 1. В 1940 году по окончании школы Тофик Агагусейнов поступил на энергетический факультет Азербайджанского индустриального института. Read the rest of this entry

«APREL ŞƏHİDLƏRİ»: AĞCABƏDİLİ ÜLVİN MƏMMƏDOV

Стандартный

Ülvin_Məmmədov.jpg

Ülvin Camaləddin oğlu Məmmədov (d. 1 yanvar 1996LaçınAzərbaycan — ö. 5 aprel 2016TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. 3-cü dərəcəli «Hərbi xidmətdə fərqlənməyə görə» medalı ilə təltif olunub.

Ülvin Məmmədov 1 yanvar 1996-cı ildə Laçın rayonunun Qarakeçdi kəndində dünyaya gəlib. Məmmədov 2013-cü ildə Qarakeçdi kənd 1 saylı tam orta məktəbini bitirib və həqiqi hərbi xidmətə çağırılıb. Ülvin Məmmədov dəfələrlə sərbəst güləş üzrə Azərbaycan çempionu olub.

Hərbi xidməti[redaktə | əsas redaktə]

Ülvin Məmmədov 2016-cı ildə AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

2016-cı ilin 7 aprel tarixində Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Ülvin Məmmədov Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində torpağa tapşırıldı.

 


 

 

ŞƏHİDLƏR: İLHAM PAŞA OĞLU ƏHMƏDOV

Стандартный

Əhmədov İlham Paşa oğlu, 20 sentyabr 1972-ci ildə Ermənistanın Amasiya rayonunun İbiş kəndində doğulmuşdur.

1988-ci ildə Qərbi Azərbaycandan deportasiya olunmuşdur.

26.08.1992-ci ildə böyük serjant Əhmədov İlham Qaradağ RHK-dan Milli Orduya könüllü getmişdir.

Sıravi əsgər 161-ci hərbi hissənin avtomatçısı idi.

04.01.1994-cü ildə Kəlbəcər rayonunun Çeil yüksəkliyində həlak olmuşdur.

VİKİPEDİYA

ŞƏHİDLƏR: LAÇINLI RÜSTƏM MİRZƏYEV

Стандартный

Rüstəm Jora oğlu Mirzəyev 1963-cü il avqustun 29-da Laçın rayonunda anadan olub. 1981-1983-cü illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət çəkib.

Ordudan tərxis olunduqdan sonra 1985-1988-ci illərdə Bakı şəhərindəki “Murad” kooperativində işləyib. Ermənistanın Azərbaycana təcavüzü başlayandan, Rüstəm Laçın rayonunun sərhədyanı kəndlərində ərazi özünümüdafiə bataliyonunda igidliklə erməni quldur dəstələrinə qarşı gedən hərbi döyüş əməliyyatlarında iştirak edib.

O, yerli müdafiə batalyonunda kəşfiyyatçı-döyüşçü kimi ad çıxartdı və bir neçə çətin əməliyyatlarda məharətlə iştirak etdi. Ermənilər onun başı üçün külli miqdarda pul mükafatı ayırmışdırlar. 1991-ci ilin noyabr ayında Rüstəm Laçın rayon polis şöbəsinin polis batalyonuna, post-patrul xidmətinə sıravi heyətə işə qəbul edildi.

O, 1990-1993-cü illərdə polis nəfəri kimi Laçın rayonunun Güləbird, Səfiyan, Suarası, Hoçaz, Tığık 1, Tığık 2, Vağazin, Pircahan kəndləri, Şuşa şəhəri və onun Kərgicahan, Malıbəyli, Daşaltı kəndləri, Kəlbəcər-Murov dağı – Ağdərə istiqamətində gedən qanlı döyüşlərdə şəxsi igidlik nümunələri göstərib.

13 fevral 1993-cü ildə Ağdərəyə köməyə gedən Laçın polisinin maşını Murov dağının çətin keçidlərinin birində sürüşdü və dərə aşağı yuvarlandı. Rüstəm və döyüşçü dostları qəhrəmancasına həlak oldular.

Ailəli idi. İki övladı var idi.

Bakı şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

vikipediya

ŞƏHİDLƏR: 18 YAŞINDA HƏLAK OLMUŞ EMİN QULİYEVİN BU GÜN 40 YAŞI OLARDI…

Стандартный

 

EMİN QULİYEVEmin Quliyev 12 avqust 1976-cı ildə Bakının Qaradağ rayonunda anadan olmuşdur. 1983-cü ildə 228 saylı məktəbə getmiş, 1993-cü ildə bu məktəbi bitirmişdir. 1994-cü il 25 avqust Milli Ordu sıralarına çağırılmışdır. Emin Quliyev «N» saylı hərbi hissədə xidmət edər və bacaracağına görə fərqlənirdi. Emin Quliyev idmanın bir neçə növü ilə məşğul olmuşdu. 1995-ci il 13-17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsində o dövlətçiliyimiz uğrunda canından keçdi.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Emin Ələkbər oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adna layiq görülmüşdür.

vikipediya

 

TÜRKİYƏDƏ «XAİNLƏR QƏBİRİSTANLIĞI»

Стандартный

КЛАДБИЩЕ.jpg

İstambulun şərqində itlər üçün sığınacaq tikilən sahənin dal küncündə təzə qazılmış, üstü nişansız bir qəbir gözə dəyir: bu, yeni “Xainlər məzarlığ”ında ilk qəbirdir. Məzarlıq  15 iyulda baş tutmamış dövlət çüvrilişi iştirakçılarını basdırmaq üçün xüsusi olaraq yaradılıb.

Tikinti sürətlə gedib. İki günün içinə fəhlələr sahənin ətrafında daş hasar çəkiblər , üstünə ağ hərflərlə “Xainlər qəbiristanlığı” yazılmış metal lövhə bazar günü qoyulub. İlk meyid bazar ertəsi si gətirilib. Fəhlələrin dediyinə görə, heç bir dini ayin icra olunmayıb.

Fəhlələr təzə qəbirdsə kimin basdırıldığını bilmirlər, ancaq yerli medianın dediyinə görə, qəbirdəki 34 yaşlı kapitan iki uşaq atası Mehmet Karabekirdir. Məlumat var ki, anası onun cənazəsini almaq istəməyib, buna görə də meyid “Xainlər qəbiristanlığı”nda basdırılıb

Tucked in the back corner of a construction site for a new dog shelter in eastern Istanbul lies a freshly dug, unmarked grave — the first in the new «Traitors’ Cemetery,» created specifically to hold the bodies of coup plotters who died in the July 15 abortive putsch.

Construction was quick. In two days, workers had built a low stone wall around a patch of land in the back of the site that will hold a new shelter for some of Istanbul’s many stray dogs. A black metal sign was put up Monday, with the words «Traitors’ Cemetery» in white.

The first — and so far, only — body arrived in an ambulance Monday, the workers say. No prayers were said and no ceremony was held for the burial beneath a dying pine tree.

The workers aren’t sure who lies beneath the rough mound of earth, stones and broken pine branches, but local media say the first to be interred there was Mehmet Karabekir, a 34-year-old captain and father of two. His mother, they reported, refused to claim his body, so he was taken to the new cemetery.

LOS  ANGELES TİMES

9 ИЮНЯ 1989 Г. УМЕР РАШИД БЕЙБУТОВ

Стандартный

Раши́д Меджи́д оглы Бейбу́тов (азер. Rəşid Məcid oğlu Behbudov); (1915, Тифлис, Российская Империя — 1989, Москва, СССР) — советскийазербайджанский эстрадный и оперный певец (тенор), актёр.

Народный артист СССР (1959). Герой Социалистического Труда (1980). Лауреат Сталинской премии второй степени (1946) и Государственной премии Азербайджанской ССР (1978).  

Rəşid Məcid oğlu Behbudov (14 dekabr 1915 – 9 iyun 1989) — Azərbaycan müğənnisi, SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı,Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-ın Xalq Artisti, Gürcüstan SSR-ın Əməkdar İncəsənət Xadimi.

МАРЗИЯ ХАНУМ И РАШИД БЕЙБУТОВ

Встреча на Бакинском вокзале иранской певицы Марзии ханум. Слева направо: Сара Гадымова, Тофик Кулиев, Марзия ханум, Сурая Гаджар и Рашид Бейбутов

июнь 1963

 

20 APREL — AZƏRBAYCAN BƏSTƏKARI LEONİD VAYNŞTEYNİN DOĞUM GÜNÜ

Стандартный

Leonid_Vaynşteyn (1)

Leonid Vaynşteyn 20 aprel 1945-ci ildə anadan olmuşdur. Üzeyir Hаcıbəyоv аdınа Аzərbаycаn Dövlət Kоnsеrvаtоriyаsını 1968-ci ildə prоfessor Qаrа Qаrаyеvin sinfi üzrə bitirmişdir. Аzərbаycаnın əməkdаr incəsənət хаdimi olmuşdur. Müхtəlif illərdə АDK-nın və А.Zеynаllı аdınа Musiqi Tехnikumunun bəstəkаrlıq kаfеdrаlаrındа dоsеnt, еlеcə də Аzərbаycаn Dövlət Rus Drаm Tеаtrındа musiqi tərtibаtçısı vəzifələrində çаlışmışdır. Müхtəlif jаnrlаrdа əsərlər bəstələyərək, tеаtr-səhnə və simfоnik musiqiyə üstünlük vеrmişdir. Musiqiləri Аzərbаycаn, Rusiyа və keçmiş SSRİ-i respublikaları, Avropa ölkələri, АBŞ və İsrаildə səslənmişdir.

Əsаs əsərləri: «İlhаm» bаlеti, «Səhrаnın bəyаz günəşi» rоk-оpеrаsı, üşаqlаr üçün «Çəkməli pişik», «Zоluşkа» оpеrаlаrı, Böyük simfonik orkestr üçün 6 simfоniyа, Violino Konserti, simli оrkеstr üçün Kоnsеrt, simli kvаrtеt; оrqаn üçün «Mеmоriаl» triptiхi (Хоcаlı soyqırımına ithаf), qаrışıq хоr ilə BSО üçün «Аzərbаycаn-60» kаntаtаsı (R.Zəkаnın şеirlərinə, F.Qаrаyеvlə birlikdə); sоlist, kişi хоru və BSО üçün «Dənizə dönmək istərəm» оrаtоriyаsı (Nazim Hikmətin şеirlərinə), «Dəniz, səmа və məhəbbət» vоkаl silsiləsi (Nəbi Хəzrinin şеirlərinə), tеаtr, kinоfilmlər üçün musiqi, еstrаdа pyеsləri, romans və mаhnılаr. Son əsərlərindən biri «Sənin baharın gələcək Azərbaycan!» («Твоя весна придет Азербайджан!») romansı olmuşdur.

Lеоnid Vаynştеyn 1994-cü ildə Bаkıda vəfat etmişdir.

Moisey Vaynşteyn və Olqa Belyavskanın oğlu, Bəyaz Vəzirovanın həyat yoldaşı, Harri Kasparovun əmisi, Timur Vaynşteynin atasıdır.

Леони́д Моисе́евич Вайнште́йн (20 апреля 1945, Баку — 20 июня 1994, там же) — советский и азербайджанский композитор, заслуженный деятель искусств Азербайджана.

Происходит из потомственной музыкальной семьи: отец, Моисей Рубинович Вайнштейн, — известный азербайджанский композитор и дирижёр; мать, Ольга Юльевна Вайнштейн (урождённая Белявская) — преподаватель музыки. Жена — преподаватель музыки, доцент Баяз Везирова; сын — известный российский продюсер Тимур Вайнштейн. Племянник — чемпион мира по шахматам Гарри Каспаров.

Учился в классической гимназии № 160. Был чемпионом КВН 1967 и 1970 годов в составе команды «Парни из Баку» (музыкальный руководитель).

В 1963 окончил теоретическое отделение Музыкального училища имени А. Зейналлы, а в 1968 — Азербайджанскую консерваторию по классу композиции Кара Караева.

 

20 APREL — ƏFSANƏVİ NƏSİBƏ ZEYNALOVANIN 100 İLLİYİ

Стандартный

Nəsibə_Zeynalova

Zeynalova Nəsibə Cahangir qızı  — Azərbaycan SSR-nin Xalq Artisti (1967), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1974).

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. 1918-ci ilin mart ayında erməni daşnakiarı Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı.

Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi.1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina («Şıltaq qızın yumşalması», Vilyam Şekspir), Elvira («Don Juan», Jan Batist Molyer), Yelizaveta («Mariya Stüart», Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm («Ər və arvad», «Arşın mal alan» və «Məşədi İbad», Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım («Əlli yaşında cavan», Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale («Keto və Kote», Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina («iki ağanın bir nökəri», Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), * Zivər xanım («Məhəbbət gülü», türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma («Şirin arzular». Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya («Tiflis nəğməsi», Levon Cubabiriya və Şota Milorava. Tərcümə edəni Adil Babayev), Gülbadam («Qız anası», («Sevgilimin anası»), Georgi Xuqayev və A.Ovanov) rollarının xüsusi yeri var.

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rolların əvəzsiz ifaçısı sayılır.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

 

 

DƏDƏ QORQUD SOYLAMIŞ: «YAZILIB-DÜZÜLÜB GÖGDƏN ENDİ TƏNRİ ELMİ QURAN GÖRKLİ»

Стандартный

Dədə Qorqud genə soylamış, görəlim, xanım, nə soylamış:

Ağız açıb ögər olsam, üstümüzə Tənri görkli,

Tənri dostı, din sərvəri Məhəmməd görkli.

Məhəmmədin sağ yanında namaz qılan Əbubəkr Siddiq görkli.

Axır separə başıdır, əmmə görkli.

Hecəsinləyin düz oqınca, yasin görkli.

Qılınc çaldı, din açdı şahi-mərdan Əli görkli.

Əlinin oğulları – peyğəmbər nəvələri –

Kərbala yazısında yəzidilər əlində şəhid oldı –

Həsənlə Hüseyn iki qardaş bilə, — görkli.

Yazılıb-düzilib gögdən endi Tənri elmi Quran görkli.

Ol Quranı yazdı-düzdi,

               Üləmalar ögrəninvə köydi-biçdi

Alimlər sərvəri Osman Üffan oğlı, görkli.

Alçaq yerdə yapılubdır Tənri evi Məkkə görkli.

Ol Məkkəyə sağ varsa, əsən gəlsə, sidqi bütün hacı görgüli.

Sağış günündəayna görkli.

               Ayna güni oğıyanda qutbə görkli.

Qulaq urıb dinləyəndə ümmət görkli.

Minarədə banlayanda fəqih görkli,

Dizin basub oturanda halal görkli.

Dölimizdən ağarsa, baba görkli.

Ağ südni toya əmzirsə, ana görkli.

 

Yanaşıb yola girəndə qara buğır görkli.

Sevgili qardaş görkli.

Ban al-ala ev yanında dikilsə, gərdək görkli.

Uzınca tənəfi görkli. Oğəl görkli.

Qamusına bənzəmədi cümlə aləmləri yaradan

Allah-Tənri görkli

Ol ögdigim yuca Tənri dost oluban mədəd irsün, xanım, hey!

 

(mətnin müasir şəklində «görkli» sözüni «gözəldir» ya «əhsən»lə əvəz edirlər — «Ocaq»)