Category Archives: Azərbaycan

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VAHIB ƏLİYEV

Стандартный

Əliyev Vahıb Ramiz oğlu (24 mart 1997BulduqSabirabad rayonu – 4 noyabr 2020Qubadlı rayonu) — Vətən müharibəsi şəhidi.

Əliyev Vahıb Ramiz oğlu 1997-ci il mart ayının 24- də Sabirabad rayonu Bulduq kəndində anadan olmuşdur. 2014-cü ildə Sabirabad rayonu Bulduq kənd tam orta məktəbini müvəffəqiyyətlə başa vurmuşdur.

Vahıb Əliyev 2015-ci ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılır. Vahıb hərbi xidmətini GəncəQazax və Ağstafa bölgələrində keçmişdir.Vahıb ailədə 4 bacının tək qadaşı olub. 2020-ci il sentyabr ayının 27-də könüllü olaraq Vətən müharibəsinə gedib.  Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib  4 noyabr 2020- cil ildə Qubadlı istiqamətində gedən ağır döyüşlərdə həlak olub.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMAR OMAROV

Стандартный

Elmar Elvar oğlu Omarov (23 mart 2001İkinci ŞıxlıQazax rayonu — 9 noyabr 2020ŞuşaAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elmar Omarov 2001-ci il martın 23-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub.

2008-2019-cu illərdə Qazax rayonunun Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Elmar Omarov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.  2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliXocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 9-da Şuşa döyüşlərində həlak olub. Qazax rayonunun İkinci Şıxlı kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MURAD QURBANOV

Стандартный

Murad Asif oğlu Qurbanov (22 mart 1996, SalyanAzərbaycan — 13 oktyabr 2020;, HadrutAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələri‘nin əsgəri, Vətən müharibəsi şəhidi.

Murad Qurbanov 2016-ci il Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murad Qurbanov Füzuli, Cəbrayıl, Xocavənd döyüşlərində iştirak edib. 13 Oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Badamdarda torpağa tapşırılmışdır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İBARƏT ƏKBƏROV

Стандартный

İbarət Faiq oğlu Əkbərov (21 mart 1993MirimliYardımlı rayonu – 12 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İbarət Əkbərov 1993-cü il martın 21-də Yardımlı rayonunun Mirimli kəndində anadan olub. Ailəli idi və iki oğlu var.

İbarət Əkbərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 12-də həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAYRAM MUSAYEV

Стандартный

Musayev Bayram Mehman oğlu (20 mart 2001Sabirabad rayonu – 8 oktyabr 2020Cəbrayıl rayonu) — Vətən müharibəsi şəhidi.

Musayev Bayram Mehman oğlu 2001-ci il martın 20-də anadan olmuşdur. . Orta təhsilinii Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta məktəbində alıb. O öz istəyi ilə sənədlərini Sabirabad rayonu Peşə Liseyinə verir. Liseyi müvəffəqiyyətlə qurtararaq  traktorçu ixtisasına yiyələnmişdir. Bayramın 7 yaşı olanda anası Qızbəst xanım vəfatgedir, anadan yetim qalır.

Bayram Musayev 2019-cu ilin iyulunda  həqiqi hərbi xidmətə çağırılır. Bayram həqiqi hərbi xidmətini Ağdam rayonundakı hərbi hissədə keçmişdir. İkinci Qarabağ müharibəsi başlayanda hərbi hissədən birbaşa cəbhəyə yollanan Bayram, Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə fəal iştirak edir və 8 oktyabr 2020-ci ildə həlak olur. O, Yuxarı Axtaçı kənd qəbristanlığında dəfn olunub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAQİM HADIYEV

Стандартный

Raqim Teymur oğlu Hadiyev (19 mart 1999, ƏləzəpinLənkəranAzərbaycan — 4 noyabr 2020, QubadlıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələri‘nin əsgəri.

Raqim Hadiyev 1999-cu il martın 19-u Lənkəran rayonunun Alazepin kəndində anadan olub. Orta təhsilini Alazepin kənd məktəbində aldıqdan sonra hərbi xidmətə yollanıb. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Həci Hüseynov Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. 4 noyabr 2020-ci il tarixində Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlsak olub. Lənkəranda torpağa tapşırılmışdır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BƏXTİYAR RƏHİMLİ

Стандартный

Bəxtiyar Nəsimi oğlu Rəhimli (18 mart 2001, TərtərAzərbaycan — 5 oktyabr 2020, FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələri‘nin əsgəri.

Bəxtiyar Rəhimli 18 mart 2001-ci il tarixdə Tərtər şəhərində anadan olub.

2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Bəxtiyar Rəhimli Füzuli və Xocavənd döyüşlərində iştirak edib. 5 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şhəlak olub. Subay idi. 7 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qəhrəmanlı kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏŞAD ASLANOV

Стандартный

Rəşad Taryel oğlu Aslanov (16 mart 1984; QarqucaqGoranboyAzərbaycan — 29 sentyabr 2020; MurovdağAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri.

Rəşad Aslanov 1984-cü il martın 16-da Goranboy rayonunda anadan olub. Goranboy rayonu, Yunis Nəcəfov adına Qarqucaq kənd tam orta məktəbində təhsil alib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2014-cü ildən Orduda hərbi qulluqçu kimi xidmətə başlayib. Evli və 2 övlad atası idi.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Rəşad Aslanov Suqovuşan, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. R 2020-ci il sentyabrın 29-da həlak olub. Goranboyda torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ALİM QULİYEV

Стандартный

Alim Fuad oğlu Quliyev (15 mart 1999Siyəzən rayonu – 1 noyabr 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Alim Quliyev 15 mart 1999-cu ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olub. 2005-ci ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmışdır, 2018-ci ilin oktyabr ayında həqiqi xidməti bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, bir müddət «Giləzi Quşçuluq Şirkəti» MMC-də fəhlə işləmişdir. 2020-ci ildən «Siyəzən Broyler» ASC-da fəhlə işləmişdir. 21 sentyabr 2020-ci il tarixində SHXÇDX-ın Siyəzən bölməsi tərəfindən səfərbər edilmişdir.

Alim Quliyev AğdamFüzuliCəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmanlıq nümayiş etdirib. 4 gün yaralı vəziyyətdə döyüşüb. Həmin müddətdə 20-dən çox yaralı əsgəri döyüş bölgəsindən uzaqlaşdırıb. Alim Quliyev oktyabr ayının 30-u Şuşa yaxınlığında qəhrəmancasına həlak olub, noyabrın 1-də torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FAMİL HƏSƏNZADƏ

Стандартный

Famil Şiraslan oğlu Həsənzadə (22 mart 1994KəbirliBeyləqan rayonuAzərbaycan — 8 noyabr 2020SığnaqXocalı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Famil Həsənzadə 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ilin mart ayından eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət etməyə başlamışdır. Minaatan komandirləri kursunu bitirmişdir.  Famil Həsənzadə 2020-ci ilin sentyabrın 25-də gizir rütbəsi almışdır. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı FüzulininZəngilanınCəbrayılınQubadlınınXocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Famil Həsənzadə noyabrın 8-də  Xocalı rayonunun Sığnaq kəndində həlak olmuşdur.