Category Archives: ОЧАГ — 2015

9 YANVAR — BEYLƏQANLI MİLLİ QƏHRƏMAN MƏTLƏB QULİYEVİN DOĞUM GÜNÜ

Стандартный

MƏTLƏB QULİYEV

Mətləb Kamran oğlu Quliyev 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur. İbtidai təhsilini 3 saylı orta məktəbdə almışdır. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olur. Hərbi xidmətini isə Ukraynada keçirir. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstituna daxil olur. 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktədbə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır. 1992-ci ildən DİN-ə işə düzəlir, bununla da onun həyatının narahat günləri başlayır.

Mətləb Quliyev tez-tez cəbhəyə gedirdi, torpaqlarımızın azad edilməsi uğrunda var gücü ilə çalışırdı. 1992-ci il 31 avqust Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Mənfur erməni quldurları yüksəklikləri ələ keçirmişdilər. Mətləb pulemyotla düşmənin üzərinə yeriyirdi onlarla erməni yaraqlısını məhv edən Mətləbin mərmisinin bitdiyini görən vəhşi azğınlaşmış ermənilər onu hər tərəfdən mühasirəyə alaraq atəş açmağa başladılar o, bu döyüşdə qəhrəmancasına həlak oldu.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Sumqayıt şəhər 3 saylı məktəb qəhrəmanımızın adını daşıyır, məktəbin önündə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, adına bulaq var.

vikipediya

Реклама

ГАЗЕТА «ОЧАГ» 2015-12

Стандартный

СКР 2015-12 1очаг12_цвет_2015

6 YANVAR 1938 — MİKAYIL MÜŞFİQ GÜLLƏLƏNİB

Стандартный
6 YANVAR 1938 — MİKAYIL MÜŞFİQ GÜLLƏLƏNİB

musfiq_turmede_sekil_esas

İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) (5 iyun 1908 — 6 yanvar 1938) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934).

Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir..Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır).

Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk kitabı-«Küləklər» 1930-cu ildə nəşr olunmuşdur.

O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilmişdir. Bunlar A.S.Puşkinin»Qaraçılar» (Ş.Abbasovla birlikdə),Taras Şevçenkonun «Kobzar»(Əhməd Cavadla birlikdə),Yegişe Çarensin «Şeirlər», S.Y.Marşakın «Huşsuza bax,huşsuza», M.F.Axundovun «A.S.Puşkinin ölümünə şərq poeması» kitablarıdır. 1931-1937-ci illərdə Dilbər Axundzadəilə ailə həyatı sürmüşdür.  1938-ci il 6 yanvarda cəza tədbirləri dövründə güllələnmişdir. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir.

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulmuşdur.

 

       GECƏ DÜŞÜNCƏSİ

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

                   Bunları seyr edərkən

                   Bir az fikrə gedərkən

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

                   Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

Gecə sakit… düşüncəm sakit deyildir fəqət,

Gözlərimin önündə canlandı bir həqiqət.

Xəyalım ənginlərə o qədər yüksəldi ki,

                   Mənə öylə gəldi ki,

                   İlk dəfədir kainat-

Dünyanı sellərində çalxayan bizim həyat

                   Sağda, solda döyüşmüş,

                   Sonra yoluna düşmüş.

 

Nə dayanmaq vaxtıdır, gözəl dostum, sən də gəl!

Seyr edəlim qol-qola bu zümrüd çəməndə gəl!

Göy üzünə bircə bax, hər ulduz bir sarı gül,

                   Yarı qönçə, yarı gül.

 

Səni gördüm, xəyalım o qədər yüksəldi ki,

                   Mənə öylə gəldi ki,

Bizə bu nazlı aləm görünərdi qaranlıq,

Gözəl çarpışmasaydıq, gözəl yaşamasaydıq.

 

Xoşladığım bir gecə, yerlər, göylər işıqlı,

Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.

                   Bunları seyr edərkən,

                   Bir az fikrə gedərkən,

Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,

                   Mənə öylə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,

Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…  

 

 

ГАДЖИЕВА УБИЛИ — ВСЕ МОЛЧАТ. А ЕСЛИ БЫ УБИЛ ГАДЖИЕВ?

Стандартный

ГАДЖИ 1

Гаджи Гаджиев убит 11 декабря. На следующий день я об этом узнал от Джамала Акперова. И в ту же минуту я начал искать информацию об этом в Интернете. Ничего не нашел. Сегодня прошло уже шесть дней после убийства, никакой информации об убийстве нашего соотечественника ни в самарских СМИ, ни на официальных сайтах правоохранительных органов не появилось. Словно не было такого человека. Или он был, но жизнь его абсолютно ничего не стоила.

Теперь представьте себе, что не Гаджиева убили, а убил Гаджиев. В течение одного дня он стал бы антигероем Интернета. А всю азербайджанскую диаспору Самары охватило бы чувство коллективной ответственности, а кое-кого и чувство страха за возможные попытки возмездия со стороны оголтелых националистов.

Недавно этнический лезгин, по не проверенным данным уроженец Азербайджана, в Саратове совершил убийство. Так весь Интернет в течение двух-трех дней о нем только и писал. Комсомольская правда оперативно напечатала не только фотографию антигероя, но даже членов его семьи…Теперь почему не пишут об убийце Гаджи Гаджиева? Жизнь азербайджанца в России ничего не значит – так это следует понимать?

Слава богу, что Гаджи Гаджиев никого не убил, не взял грех на душу и не стал антигероем российской прессы. Но его же убили! Что же все молчат? И как это понимать?

Х.Х.

ХОРОШИЙ СПОРТСМЕН ВЫСОТУ БЕРЕТ И ЛЕЖА…

Изображение

21-22 ноября 2015 года в Москве прошла международная выставка спортивного питания «SN PRO Expo Forum 2015». Это уже третье мероприятие подобного формата, пользующееся грандиозным успехом у активной молодежи. По масштабам представленных мульти-спортивных мероприятий «SN PRO» не имеет себе равных в России! Фестиваль собрал более 50 видов спорта – от паркура до пауэрлифтинга, от кросс-фита до мотофристайла, от бодибилдинга до пол-дэнс (танец на пилоне). Прямо на выставке прошли 5 чемпионатов всесероссийского и мирового уровня.

 В рамках мероприятия тольяттинский пауэрлифтер Эмин Мамедов, выступающий в весовой категории до 100 килограммов, поднял в жиме лежа штангу весом 370 килограммов, установив новый мировой рекорд.

Эмин Мамедов родился в 1974 году в Баку, с 1986 года живет в России. Служил в российской армии, офицер запаса. В настоящее время работает тренером тренажерного зала СОЦ Sport town. Многократный чемпион Европы и мира.

На собрании Правления ТГОО «Лига азербайджанцев» соотечественники наградили спортсмена почетной грамотой и книгой Байрама Саламова «Живопись. Байрам Саламов»

ЭМИН МАМЕДОВ 1

ЭМИН МАМЕДОВ 2

ЭМИН МАМЕДОВ 3

 

2 DEKABR 1919 — MÜSAVATIN İKİNCİ QURULTAYI BAŞLANIB

Стандартный

RƏSULZADƏ QURULTAY

Müsavat Partiyasının II qurultayı 1919-cu ilin dekabrında keçirildi (qurultay dekabrın 2-dən 12-dək davam etmişdir). Respublikanın bütün bölgələrindən qurultayda 140 nümayəndə təmsil olunurdu. Qurultayı giriş sözü ilə M.Ə. Rəsulzadə açıb və partiyanın Mərkəzi Komitəsinin fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

II qurultayda aşağıdakı qərarlar qəbul edilib:

Qafqaz konfederasiyası;

Denikin təhlükəsi;

Dağıstan məsələsi.

Qurultayda Partiya Proqramına baxılıb. 67 maddəlik Partiya Proqramı iki hissədən ibarət idi: Birinci hissə – Nəzəriyyə və uzaq məqsəd; İkinci hissə – Əməliyyə və yaxın məqsəd.

Proqramın birinci hissəsində göstərilirdi ki, əsas amalımız olan Azərbaycan İstiqlalını bütün namus və vicdanımızla qorumalıyıq.

Proqramın ikinci hissəsi aşağıdakı bölmələrdən ibarət idi:

Şəkli idarə;

Həqqi-əhliyyət;

İqtisad və maliyyə işləri;

Torpaq məsələsi;

İşçi məsələsi;

Ədliyyə məsələsi;

Ruhani idarəsi məsələsi;

Maarif məsələsi.

İkinci qurultayda M.Ə. Rəsulzadə yenidən Müsavat Partiyasının sədri seçilib.

Азербайджанская демократическая партия «Мусават» на втором съезде своем, заседавшем в Баку в 1919 году, вынесла следующую резолюцию:
«Обсудив доклад политической секции по вопросу об идее кавказской конфедерации, исходя из действительных интересов, как национальных, так и экономическо-политических, и сознавая, что только путем тесного объединения кавказских республик легче добиться международного признания и гарантии их политических и территориальных целостей второй съезд партии «Мусават» постановил: признать объединение кавказских республик в свободный союз кавказской конфедерации желательным и призывать всю кавказскую демократию, а также правительства соседних республик способствовать осуществлению этой идеи».

http://rasulzade.org/books/8_12.html

В декабре 1919 состоялся 2- й (последний) съезд Мусавата, который выявил глубокий кризис (внутри «Мусавата образовалось левое крыло, значительная часть которого отошла от партии). 

http://dic.academic.ru/dic.nsf/bse/111543/

 

25 NOYABR 1967 — BAKI METROSUNDA MÜNTƏZƏM HƏRƏKƏT BAŞLANIB

Стандартный

25 noyabr 1967-ci ildən metropolitenin daimi istismarı və qatarların müntəzəm hərəkəti başlandı.

28_Май_(станция_метро)

1967-ci il noyabrın 6-da Bakı şəhərində metropolitenin 5 stansiyası — Bakı Soveti, 26 Bakı Komissarı, 28 Aprel, Gənclik və Nəriman Nərimanov stansiyaları və 9,2 km-lik yeraltı xətləri olan birinci növbəsi istismara verilir, həmin stansiyalardan 4-ü böyük dərinlikdə idi ki, bunlardan da birisi Qara Şəhər adlanan ərazidə yerləşən «Xətai» stansiyası idi. İlk qatarı maşinist Salman Ələkbərov və maşinist köməkçisi Akif Mirzəyev idarə edirdilər.

КАРТА МЕТРО

 25 ноября 1967 года начал регулярные пассажирские перевозки пятый в Советском Союзе Бакинский метрополитен. Первый пусковой участок первой очереди протяженностью 6,25 км состоял из 5 станций: «Баксовет» (ныне «Ичери Шехер») — «26 Бакинских комиссаров» (ныне «Сахил») — «28 Апреля» (ныне «28 Мая») — «Гянджлик» — «Нариман Нариманов».

«MOLLA NƏSRƏDDİN»: MİLLƏTİN GÖZÜNÜ AÇMADI, GÖZ BƏRƏLTDİ

Стандартный

1910 MİLLƏTPƏRƏST STUDENT

Müsəlmanpərəst student: «Müsəlman qardaşlar! Mənim gecə-gündüz fikrim budur ki, təhsili qurtarım, başlayıb millətə qulluq eləyim, bəlkə bizim yazıq millət də gözün aça».

1910-32 MİLLƏTPƏRƏST STUDENT

Həmin müsəlmanpərəst student on ildən sonra: «Mən müsəlmanca bilmirəm. Tez sözünüzü deyin, cəhənnəm olun gedin».

«Molla Məsrəddin», 1910-32