
Əliyev Vahıb Ramiz oğlu (24 mart 1997, Bulduq, Sabirabad rayonu – 4 noyabr 2020, Qubadlı rayonu) — Vətən müharibəsi şəhidi.
Əliyev Vahıb Ramiz oğlu 1997-ci il mart ayının 24- də Sabirabad rayonu Bulduq kəndində anadan olmuşdur. 2014-cü ildə Sabirabad rayonu Bulduq kənd tam orta məktəbini müvəffəqiyyətlə başa vurmuşdur.
Vahıb Əliyev 2015-ci ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılır. Vahıb hərbi xidmətini Gəncə, Qazax və Ağstafa bölgələrində keçmişdir.Vahıb ailədə 4 bacının tək qadaşı olub. 2020-ci il sentyabr ayının 27-də könüllü olaraq Vətən müharibəsinə gedib. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib 4 noyabr 2020- cil ildə Qubadlı istiqamətində gedən ağır döyüşlərdə həlak olub.
Понравилось это:
Нравится Загрузка...
Похожее
Для отправки комментария необходимо войти на сайт.