
Murad Asif oğlu Qurbanov (22 mart 1996, Salyan, Azərbaycan — 13 oktyabr 2020;, Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri‘nin əsgəri, Vətən müharibəsi şəhidi.
Murad Qurbanov 23 mart 1996-cı ildə Salyanda anadan olub. 2002-ci ildə Salyanda 2 saylı orta məktəbin 1-ci sinifinə gedib. Anasının işi ilə əlaqədar olaraq 2-ci sinifə Bakıda 51 saylı orta məktəbdə gedib. Təhsilinə bu məktəbdə davam edib. 2012-ci ildə orta məktəbi bitirib. Maliyyə İqtisad kollecinə daxil olub. Nişanlı idi.
Murad Qurbanov 2016-ci il Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murad Qurbanov Füzuli, Cəbrayıl, Xocavənd döyüşlərində iştirak edib. 13 Oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Badamdarda torpağa tapşırılmışdır.
Понравилось это:
Нравится Загрузка...
Похожее
Для отправки комментария необходимо войти на сайт.