Daily Archives: 20.03.2023

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAYRAM MUSAYEV

Стандартный

Musayev Bayram Mehman oğlu (20 mart 2001Sabirabad rayonu – 8 oktyabr 2020Cəbrayıl rayonu) — Vətən müharibəsi şəhidi.

Musayev Bayram Mehman oğlu 2001-ci il martın 20-də anadan olmuşdur. . Orta təhsilinii Hilal Ənnağıyev adına Qasımbəyli kənd tam orta məktəbində alıb. O öz istəyi ilə sənədlərini Sabirabad rayonu Peşə Liseyinə verir. Liseyi müvəffəqiyyətlə qurtararaq  traktorçu ixtisasına yiyələnmişdir. Bayramın 7 yaşı olanda anası Qızbəst xanım vəfatgedir, anadan yetim qalır.

Bayram Musayev 2019-cu ilin iyulunda  həqiqi hərbi xidmətə çağırılır. Bayram həqiqi hərbi xidmətini Ağdam rayonundakı hərbi hissədə keçmişdir. İkinci Qarabağ müharibəsi başlayanda hərbi hissədən birbaşa cəbhəyə yollanan Bayram, Cəbrayıl uğrunda gedən ağır döyüşlərdə fəal iştirak edir və 8 oktyabr 2020-ci ildə həlak olur. O, Yuxarı Axtaçı kənd qəbristanlığında dəfn olunub.

Реклама