Bəxtiyar Nəsimi oğlu Rəhimli (18 mart 2001, Tərtər, Azərbaycan — 5 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri‘nin əsgəri.
Bəxtiyar Rəhimli 18 mart 2001-ci il tarixdə Tərtər şəhərində anadan olub.
2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Bəxtiyar Rəhimli Füzuli və Xocavənd döyüşlərində iştirak edib. 5 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şhəlak olub. Subay idi. 7 oktyabr 2020-ci ildə Bərdə rayonunun Qəhrəmanlı kəndində dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.