Alim Fuad oğlu Quliyev (15 mart 1999, Siyəzən rayonu – 1 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Alim Quliyev 15 mart 1999-cu ildə Siyəzən rayonu Yenikənd kəndində anadan olub. 2005-ci ildə Yenikənd kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2017-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmışdır, 2018-ci ilin oktyabr ayında həqiqi xidməti bitirmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, bir müddət «Giləzi Quşçuluq Şirkəti» MMC-də fəhlə işləmişdir. 2020-ci ildən «Siyəzən Broyler» ASC-da fəhlə işləmişdir. 21 sentyabr 2020-ci il tarixində SHXÇDX-ın Siyəzən bölməsi tərəfindən səfərbər edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.