Daily Archives: 12.03.2023

SAMARANIN TARİXİ MƏSCİDİNƏ SOYDAŞLARIMIZDAN PAY

Стандартный

Samara şəhərininn Aleksey Tolstoy (keçmiş Kazanskaya küçəsi) küçəsində yerləşən məscid 1891-ci ildə Simbirsk fabrikantı Temirbulat Akçurinin vəsaiti ilə tikilmişdir. İkimərtəbəli daş binada bolşeviklər hakimiyyətə gələndən snra uşaq bağçası yerlərşirdi. 2009-cu ildə məscid yenidən açılmış və rekonstruuksiya işləri başşlanmışdır.

İndi şəkillərdə gördüyünüz minarəli gözəl binanın tarixi məscidə oxşarlığı azdır. O vaxtkı məscidin tikintisi tam başa çatdırılmamışdı və minarəsi də yox idi. Rekonstruksiya on ldn çox çəkmiş, nəticədə şəhərdə göz oxşayan, bütün məhəlləni bəzəyən gözəl memarlıq abidəsi yaranmışdır.

Qeyd etmək lazımdır ki, Tarixi məscidin yenidən Samara müsəlmanlarının ruhani həyatına qaytarımasında Samara azərbaycanlılarının da iştirakı olub. Onlar bu işə 150 min rubl məbləğındə pul toplayıb veriblər. Rekonstruksiyaya xərclənən böyük pulla müqayisədə bu məbləğ, əlbəttə, çox deyil. Ancaq soydaşlarımız gücləri çatanı eləyiblər və indi ürək açıqlığı ilə istədikləri vaxt Tarixi məscidə gedib ibadət edə bilərlər.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELXAN HÜSEYNOV

Стандартный

Elxan Hüseynov (12 mart 2000Qaradağ rayonu – 13 dekabr 2020Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyatçısı.

Ailəsi Cəbrayıl rayonundan məcburi köçkün olan Elxan Maarif oğlu Hüseynov 12 mart 2000-ci ildə Qaradağ rayonununda anadan olub. Atası Maarif Hüseynov Cəbrayıl rayonuDaşkəsən kəndindən, anası Sevil Xəlilova isə Ağdam rayonunun , Yusifcanlı kəndindəndir . Orta məktəbi bitirdikdən snra 2018 -ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidməti bitirdikdən sonra xüsusi təyinatlılarda MAHHXHQ əsgər kimi hərbi xidmətini davam etdirmişdir.

Qarabağın azadlığı uğrunda Azərbaycan ordusu sıralarında əməliyyatların ilk günlərindən döyüşlərə qatılan cəsur kəşfiyyatçı Elxan Hüseynov Xudafərin körpüsünə üç rəngli bayrağımızı sancan cənab  qrupun üzvülərindən biri olub, Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib. 6 noyabrda  yaralanıb. Onu döyüş meydanından təxliyə edən təcili yardım maşını isə minaya düşüb. Yenidən yaralanan Elxanı tapanda onun öldüyünü düşünüblər. İki dəfə əməliyyat olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı, Elxan uzun müddət komada qaldıqdan sonra 13 dekabrda vəfat edib.