Daily Archives: 08.03.2023

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: PƏRVİN HƏMİDOV

Стандартный

Pərvin Azər oğlu Həmidov (8 mart 1994; BəydiliYevlaxAzərbaycan — 1 oktyabr 2020; SuqovuşanAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu.

Pərvin Həmidov 1994-cü ildə martın 8-i Yevlax rayonun Beydili kəndində anadan olub. 2000-ci ildə Yevlax rayonun Xaldan qəsəbəsində 1-ci sinifə gedib. 2006-cı ildə Mingəçevir şəhərinə köçüb və 2011-ci ildə 25 N-li Kəlbəcər məktəbindən məzun olub. 2012-ci ilin aprel ayında Yevlax rayonun Hərbi Komissarlığından hərbi xidmətə cağırılıb. İki övladı var idi.

Pərvin Həmidov 2019-cu ilin dekabr ayında Tərtər rayonun N saylı hərbi hissədə sürücü vəzifəsində müddətdən artıq hərbi qulluqcu kimi işə başlayıb. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak edib. 1 oktyabr 2020-ci ildə Talış-Suqovuşan istiqamətində 457-ci yüksəklikdə şəxsi heyəti təhlükəsiz yerə çıxararkən qəlpə yarasından həlak olub. 2 oktyabr 2020-ci ildə Mingəçevir şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

Реклама