Daily Archives: 04.03.2023

LONDONA ZƏNG EDİB QURBAN MƏMMƏDLİ ÜÇÜN «DOXDUR» ÇAĞIRIN…

Стандартный

Çoxdan, bəlkə otuz il əvvəl BBC-bin (rus redaksiyası) İngiltərənin səhiyyə sistemi barəsində verilişinə qulaq asırdım. Keçmiş sovet vətəndaşı olan redaksiya əməkdaşı müalicə olunduğu London xəstəxanasından danışırdı. Deyirdi düşmək üçün növbə gözləyirsən, ancaq müalicə səciyyəsinə, şəraitə söz ola bilməz. Onu da dedi ki, nəinki yataq ağlarını, hətta ədyalları hər gün dəyişirlər…

Qurban Məmmədliyə London ildə bir neçə dəfə xəstəxanasında beş-on gün London xəstəxanasında yatmaq vacibdir. Çünki, hərdən elə şeylər deyir ki, ağlının çaşdığına şübhə qalmır. Məsələn, bu gün dedi ki, Türkiyənin istənilən universiteti Harvarddan üstündür. Bununla dayansaydı, deyərdim ki, xəstəxanasısız da iş keçər, elə özü yaxın tindəki aptekdən  dərman alıb atar. Ancaq dalınca elə şey dedi ki, gərək oturduğu yerə dərhal təcili yardım çağırılaydı və London sanitarları Qurban Məmmədlinin əli-ayağı sarıqlı maşına yükləyib aparaydılar.

Qurban Məmmədli dedi: “Mən Bakı dövlət uniiversitetini qurtarmışam. Mən Harvardı qurtaranlardan pis hüqyuqşünasam?”

Vikipediyada da belə yazılıb: “1982–1987-ci illərdə BDU-da hüquq üzrə təhsil almışdır”.

1982-87-ci illərdə Bakı dövlət unuversitti adlanan müəssisə yox idi. S.M. Kirov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət universiteti vardı. Özü də rüşvətxana idi. Kirov universitetini bitirəndən sonra Qurban Məmmədli Sabirabadda hüquqşünas işləyib. Sabirabad az-çox tanıyanlar bilirlər ki, Sabirabada o vaxtla yəqin indi də) hüquq olmayıb, rüşvət, dəllallıq, qapaz, şillə olub. Hüquq – yox. Çox çəkmədən Qurban Məmmədli keçib ictimai fəaliyyətə. Olub cəbhəçi, natiq, tribun. Kirov universitetidə oxuyanda da yəqin fəal olub, ancaq qalın hüquq kitablarını, çox güman ki, başına yeritməyib, başının altına qoyub ictimai fəaliyyətdən dincəlib. Biliklərinin sistemsiz və dayaz olduğu indi də bilinir. Cənabın ümumhumanitar səviyyəsi isə fəlakətdir: auditoriyasına təqdim etdiyi primitiv musiqidən, ara şeirlərindən necə zövqü olduğu bilinir.

Franklin Ruzvelt, Con Kennedi, Bill Qeyts,Mark Tsukerberq – bunlar Harvarddır.

Nobel laureatlarının sayına görə  Harvard universitetlər arasında üçüncü yeri tutur. Birinci və ikinci yerlərdə, əlbəttə Kirov adına Azərbaycan universiteti deyil. Bizim laureatımız yerli-dibli yoxdur. Universitetimiz isə dünyanın hətta 1000 yaxşı universiteti sırasına daxil deyil. Və Türkiyə unversitetlərinin Harvaddan üstün, Bakı dövlət universitetinin (Kirov adına) Harvarda bərabər olduğunun iddia edən adamın müüalcəyə ehtiyacı olduğuna şübhə yoxdur.

Görəsən Londonda Qurban Məmmədli üçün təcili yardımı necə çağırmaq olar?..

Mirzə ƏLİL

04. 03. 2023, Samara

Реклама

İLKİN RÜSTƏMZADƏNİN CANLI ÇIXIŞININ MƏTNİ

Стандартный

Hə, necə görünürəm? Saqqalım necədir? Ağ tük görünür? Heyvan oğlu dəllək hənanı pis yaxıb, onun var-yoxu… Dünən gətirdiyim xanımın tuşu qalıb burda, ondan çək saqqalıma… İndi yaxşıdır? Başlayaq?

Dostlar! Bu Bəxtiyar Hacıyev… Onun var-yoxu… Mən ona görə telefonumu satdım. Üstümdə gördüklərinizi yox, bir ayrısı da vardı, Nokia 1011, antikvariat, onu satmışdım. Alan adam sonra post yazıb ki, guya İlkin onu aldadıb, telefon işləmir… Onun var-yoxu… Şərəfsiz gərək fəxr eləyə ki, İlkin kimi şəxsin telefonu ona qismət olub, durub narazılıq edir ki, telefon xarabdır…

Qayıdaq bu Bəxtiyar Hacıyevə… Neçə ildir ki, mən onun dalında idim. O da mənim dalımda. Demək olar ki, bir ailə idik. Sonra bildim ki, bu adamın ailə haqqında təsəvvürü mənimkindən fərqlənir. Bildim ki, bu adam mənim arvadımı da zad eləyib. Yəni işlədib atıb. Onun var-yoxu… Düzdür, arvad keçmiş arvaddır, ona görə keçdim, yoxsa elə bilərdim ki, bu şərəfsiz mənim özümü zad eləyib… Sonra bildim ki, bu zalım oğlu zalım bizim müxalifət çərçivəsində zad eləmədiyi arvad qoymayıb. Kiminin qızını, kiminin arvadını zad eləyib. Demək olar ki, Bakının bütün müxalifət kəsimində Bəxtiyar Hacıyevin zad eləmədiyi xanım qalmayıb. Burdakılarla ehtirası soyumayıb, gedib müxalifət liderinin qızını Amerikada zad eləyib. Bu həm də Bəxtiyardan bütün müxalifədtə mesajdır, deyir xanımlarınızı kosmosa da göndərsəniz, gedib zad elyəcəm… Bunun var-yoxu…

Yanıb tökülürəm, ay millət! Altı il türmədə yatan mənəm, mən heç o qədər arvad zad eləməmişəm. Halbuki bu mənim haqqımdır. Altı il türmədə arvadsız olmuşam. Avropa məhkəməsinin xüsusi qərarilə mən öz bildiyim qədər seks kompensasiyası almalıyam. İndi görürəm ki, bu Bəxtiyar Hacıyev məni keçib. Məni qoyub, türkün məsəli, dalda. Altı il yatan mən,  beş-altı ay yatan bu. Bunun həyatına bax, mənim həyatıma bax. Mən dədəmdən siqaret pulu alıram, onun da yarısını Kəramət çəkir. Restorana Əvəz Zeynallıyla gedirdim, onu da tutdular. İndi dönər yeyirəm, dönər yemək məni belə kökəldir, vallah, restoran yeməkləri yox… İndi oturub fikirlşirəm ki, Bəxtiyarın məndən nəyi artıqdır ki, bu arvadlar onun boynuna sarılamaq üçün növbəyə dururlarmış? Saqqalım qapqara, saçım ondan beşbetər, gözlərimdən od yağır. Bəxtiyar kosasaqqal, başı dazlaşır, ağzı da əyilən kimidir. Bu arvadlar bunun harasına aşiq olublar, bilmirəm… Onun var-yoxu…

Bu gündən Bəxtiyar Hacıyevin müdafiəsini dayandırıram. Bundan sonra kitab yazmaqla məşğul olacağam. Yaxşı bir roman var, “Hərb və sülh”, əvvəl gərək onu yazam. Sonra “İdiot” romanını yazmaq istəyirəm. Bir yaxşı «Hamlet» pyesi var, istəyirəm onu yazıb Brodveydə tamaşaya qoyam. Planımda “Əlvida, silah”, “Səfillər” romanları da var. Onları da yazsam, Nobel mükafatı cibimdədir. Alan kimi saqqala-saça gərək yaxşı maya qoyam, şəxsi dəllək tutam, hərçənd indi də pis deyiləm, ekranda özümə baxıram, görürəm bircə eybim eyibsizlikdir, bilmirəm bu arvadlar Bəxtiyaın harasına aşiq olublar, onun var-yoxu…

Mirzə ƏLİL

04. 03. 2023, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AYAZ ƏHMƏDOV

Стандартный

Ayaz Elson oğlu Əhmədov (4 mart 2000İkinci ƏrəbcəbirliGöyçay rayonu – 7 oktyabr 2020Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Ayaz Əhmədov 2002-ci il martın 4-də Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olub. 2007-2016-cı illərdə Ceyhun İbrahimov adına Ərəbcəbirli kənd orta məktəbində təhsil alıb. 2016-2018-ci illərdə Göyçay Peşə Liseyində təhsil alıb.

Ayaz Əhmədov 20182020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.  2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən təlimlərə çağırılıb. Tərtər rayonunda yerləşən  hərbi hissədə topçu, baş atıcı və manqa komandiri vəzifələrini icra edib.

 Ayaz Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Ayaz Əhmədov 6 oktyabrdan 7 oktyabra keçən gecə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində dəfn edilmişdir.