Asim Bəkir oğlu Quliyev (2 mart 1996, Bakı – 12 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Asim Quliyev 1996-cı il martın 2-də Bakı şəhərində anadan olub. 2002–2011-ci illərdə 107 saylı Bakıxanov qəsəbə tam orta məktəbində, 2011–2013-cü illərdə Sumqayıt şəhərində kompüter ixtisası üzrə kollecdə təhsil alıb. Orta məktəbdə oxuyarkən idmana böyük həvəsi böyük olduğundan boksla məşğul olub. Bakı üzrə keçirilən yarışlarda 1-ci, Respublika üzrə keçirilən yarışlarda 2-ci yeri qazanıb. Subay idi. Əslən Cəbrayıl rayonunun Hovuslu kəndindən olub.
Для отправки комментария необходимо войти на сайт.