Heyf, çox heyf! Arzuma çatmadım. Deyirdim beş-on günə Azərbaycan İranla müharibə eləyər, mən də gedib vuruşaram. Özü də mən birbaşa İrana gedəcəkdim, çünki Azərbaycana getmək olmur, Əliyev ölkənin sərhədini Məşədi İbad evinin qapısını arvadlarının üzünə qıfıllayan kimi qıfıllayıb. Mən Rusiyadan birbaşa İrana keçib düşməni arxadan vuracaqdım. Arzum ürəyimdə qaldı. Türkiyədəki zəlzələdən sonra Azərbaycan daha İranla necə müharibə elər? Türk generallarının da başı qarışıb zəlzələyə. Bizim öz generallarımızla müharibə eləmək olmaz. Bizim öz generallarımızı qoyasan əsgərin dalına paya soxalar, xayasına cərəyan buraxalar. Yox, öz generallarımız müharibə eləsələr də mən yaxın getmərəm…
Bilmirəm Türkiyə generallarının başı haçan açılacaq və Azərbaycan haçan İranla müharibəyə başlayacaq. Hələlik bu düşmən dövlətlə ideoloji mübarizə aparmaq lazımdır. Gecə-gündüz.
Məsələn, dilimizdən fars sözlərini yavaş-yavaş çıxarmalıyıq. Muğamların adlarına fikir verin – rüsvayçılıqdır! Hamısını azərbaycancaya çevirmək lazımdır. Mən bəzilərini çevirmişəm:
Dügah – İkigah
Segah – üçgah
Çahargah – Dördgah
Düzdür, “gah”da farsındır, ona hələlik əvəz tapmadım, ancaq gec-tez tapılacaq, Salyana yolum düşsən, nə qədər söz lazım olsa, taparam. Br az ağ, bir az qara… Sənə bir ilham gəlir ki…
Götürək “Dəşti” muğamını. Bunun adı öz dilimizdə olacaq “Çölləmə”.
“Çölləmə” muğamı” İfa edir xalq artisti Alim Qasımov. Nağarada müşayiət edir qızının kürəkəni!
Gözəl!
Götürək Bayatı-Şiraz muğamını. Niyə Şiraz? Niyə Gəncə omasın? Deyirsniz Gəncə də farscadır? Bəlkə Bayatı-Səlyan? Səlyan da farscadır? Bəs “BayatıZərdab”? O da farscadır? Bu farslar bizdən icazəsiz şəhərlərimzə ad qoyublar… Bəlkə Bayatı-Noxudlu? Noxudlu Səlyanda kənddir. Əhali arvadlı-kişili tamam Azərbaycan türküdür. Noxudun da xalis türk bitkisi olduğunu UNESKO çoxdan təsdiq edib.
Götürək Bayatı-Qacar muğamını. Niyə Qacar? “Mənim babam olmuş iyirmialtılar” kimi ölməz misranın müəllifi akademik şair Səməd Vurğun “Vaqif” komediyasında sübut eləmişdi ki, Qacarı çoban Eldar dəyənəklə vurub öldürüb. Qalib çoban Eldar olub, muğam Qacarın adınadır. Biabırşçılıq! Muğam “Bayatı-çoban Eldar” adlanmalıdır!
Muğamlardan başlayıb sonra başqa fars sözlərini də də dəyişmək olar. Nə bilim gül, bülbül, can, canan, yar, əğyar, cəfa, vəfa, səfa… Bunların hamısını dilimizdən çıxarmaq lazımdır. Düzdür, bütün fars sözlərini dilimizdən çıxarsaq, danışmağa çətin söz taparıq. Gərək ağzımıza su alıb susaq. Əslində bizim millət elə sussa yaxşıdır. Doğru söz danışana polis paya yeridir, üstünə işəyir. Gərək yalan danışasan, birinciyə, birincinin birinci xanımına tərif deyəsən. Onda da olursan, rus demişkən, “kusok qovna”…
Allah türklərə kömək olsun, tezliklə zəlzələnin nəticələrini aradan qaldırsınlar. Yeri gəlmişkən, mən zəlzələnin olmağını Aygün Muradxanlıdan öyrəndim. Gördüm İnternetdə yazıb ki, “Türkiyədə deprem olub”. Mən əvvəl elə bildim ki, bir oğlan bir qızı, türkün məsəli, zad eləyib, Nuradxanlı da abırlı arvad olduğundan üstüöürütlü yazır ki, “deprem” olub. Yəni mən “deprem”i ayıb söz kimi başa düşmüşəm… Vallah, oxuyanda o yan-bu yanıma baxırdım ki, məni görən varmı. Deyərlər kişi ağsaqqal vaxtında pornoqrafiya oxuyur…
Sonra mənə başa salıblar ki, Mirzə, bu deprem sən deyən depremdən deyil, bu depremdə yerin altı üstünə qalxır…
Başa düşdüm ki, Aygün Muradxanlı türkçükük davası eləyır. Gözəl jurnalistdir, həm də türksevərdir. Ancaq görkəminə baxanda elə bilirsən ki, iki-üç dəfə deprem yaşayıb…
Mirzə ƏLİL
07.02. 2023, Samara
Для отправки комментария необходимо войти на сайт.