Vüsal Nadir oğlu Hüseynov (30 yanvar 1991; Qəhrəmanlı, Beyləqan rayonu, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Vüsal Hüseynov 30 yanvar 1991-ci ildə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində anadan olmuşdur. 1997-2008-ci illərdə orta təhsil almışdır.
Vüsal Hüseynov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 20 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Beyləqan rayonunda dəfn edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.