Daily Archives: 27.01.2023

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FİZULİ ƏLİYEV

Стандартный

Fizuli Vidadi oğlu Əliyev (27 yanvar 1985Bakı – 8 oktyabr 2020SuqovuşanTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Fizuli Əliyev 27 yanvar 1985-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Orta təhsilini səkkizinci sinfə qədər alan Fizuli sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş, 2003–2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. Ali hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi  xidmətinə başlamışdır. Uzun müddət Murov dağında xidmət etmiş, «Həmlə» taborunun Qərargah Rəisi olaraq xidmətini davam etdirmişdir.

Kapitan Fizuli Əliyev 2020-ci il sentyabrın 27-dən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  8 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. II Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Реклама