İlqar Yaşar oğlu Hüseynov (17 yanvar 2001; Qazax, Azərbaycan — 28 sentyabr 2020; Ağdam, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
İlqar Hüseynov 2001-ci il yanvarın 17-də Qazax rayonunda anadan olub.
2008-2017-ci illərdə Qazax rayonunda Q.Hacımahmudova adına ümumi orta məktəbdə təhsil alıb.
2017-2020-ci illərdə Qazax Dövlət Sosial-İqtisadi Kollecində elektrik təchizatı ixtisası üzrə təhsilini davam etdirib. Subay idi.
İlqar Hüseynov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən hərbi hissəsində xidmət edib. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 28-də həlak olub. Qazax rayonunun Şəhidlər Xiyabanında dəfn edilib..
Для отправки комментария необходимо войти на сайт.