Daily Archives: 16.01.2023

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAMRAN HACIYEV

Стандартный

Kamran Füzuli oğlu Hacıyev (16 yanvar 1994Şüvəlan – 22 oktyabr 2020Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Kamran Hacıyev 1994-cü il yanvarın 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində anadan olub.

Çavuş Kamran Hacıyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 22-də Hadrut döyüşləri zamanı həlak olub. Xəzər rayonunun Şüvəlan qəsəbəsində dəfn edilib.

Реклама