
Mədət Vəkil oğlu Xankişiyev (15 yanvar 1998, Çünzəli, Cəlilabad rayonu – 18 oktyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.
Xankişiyev Mədət Vəkil oğlu 1998-ci il yanvarın 15-i Cəlilabad rayonunun Çünzəli kəndində anadan olmuşdur. Orta təhsilini Çünzəli kənd məktəbində almış, sonra hərbi xidmətə çağırılmışdır.
Mədət 2019-cu ildə Quru Qoşunlarının hərbi hissəsinə müraciət edərək MAXE olaraq xidmət etmək istədiyini bildirib. 6 aylıq kurslardan sonra Kiçik gizir olaraq xidmətə başlıyıb. 27 sentyabrda başlayan II Qarabağ müharibəsində iştirak etmişdir. Oktyabrın 18-i Qubadlı uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxararkən başından aldığı qəlpə yarası nəticəsində ağır yaralanaraq həlak olmuşdur.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.