Daily Archives: 14.01.2023

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞAHİN BAYRAMOV

Стандартный

Şahin Arif oğlu Bayramov (14 yanvar 1992Gəncə – 1 oktyabr 2020Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Şahin Bayramov 14 yanvar 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur.1998-2009-cu illərdə Gəncə şəhər 21 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 övladı yadigar qaldı.

O, 2009-cu ildə  müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra Rusiya Federasiyasına köçmüş və bir müddət orada yaşamışdır.

Şahin Bayramov 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Şahin Bayramov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şahin Bayramov 1 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunda yerləşən Murov dağı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Nəşi  19 dekabr 2020-ci ildə tapılaraq Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Реклама