Daily Archives: 13.01.2023

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRİD CƏFƏROV

Стандартный

Fərid İsmixan oğlu Cəfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cəfərov Fərid İsmixan oğlu 13 yanvar 1998-ci ildə Yevlax rayonunun Quşçu kəndində anadan olub.

Fərid Cəfərov 2020-ci ilin sentyabr ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 1 oktyabr 2020-ci ildə Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə həlak olub. Yevlax rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İBRAHİM CƏFƏROV

Стандартный

İbrahim Şamil oğlu Cəfərov (13 yanvar 1998; YenigünAğstafa rayonu — 7 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İbrahim Cəfərov 1998-ci il yanvarın 13-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub.  2004–2015-ci illərdə İ. Həsənov adına Qaçaq Kərəm kənd tam orta məktəbində, 2015–2019-cu illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsində təhsil alıb. Subay idi.

İbrahim Cəfərov 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.  2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılFüzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 20-də  ağır yaralanıb. 18 gün koma vəziyyətində qalıb. Noyabrın 7-də həlak olub. Ağstafa rayonunun Yenigün kəndində dəfn edilib.