Daily Archives: 12.01.2023

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏMRAH HƏMİDOV

Стандартный

Əmrah Firavan oğlu Həmidov (12 yanvar 1997Salyan rayonuAzərbaycan — 5 oktyabr 2020GəncəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Əmrah Həmidov 1997-ci il yanvarın 12-də Salyan rayonunun Kürsəngi kəndində anadan olub.  Ailəli idi.

Əmrah Həmidov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə gizir  rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Əmrah Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Əmrah Həmidov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı ağır yaralanıb, oktyabrın 5-də isə Gəncə şəhərində Hərbi Hospitalda həlak olub.

Реклама