Elgün Heydər oğlu Sadıqov (11 yanvar 2000; Sarıçoban, Ağdam rayonu, Azərbaycan — 23 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Elgün Sadıqov 11 yanvar 2000-ci ildə Ağdam rayonunun Sarıçoban kəndində Heydər Sadıqovun ailəsində anadan olmuşdur. 2006-2017-ci illərdə Ağdam rayon Xındırıstan kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Elgün Sadıqov 12 yanvar 2018-ci ildə hərbi xidmətə çağırılmışdır. Gədəbəy rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2019-cu ilin iyun ayında hərbi xidmətdən tərxis olunmuşdur. 15 aprel 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətinə davam etmişdir. Ağdam rayonunda yerləşən hərbi hissədə xidmət etmişdir.
Elgün Sadıqov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir. 23 oktyabr 2020-ci ildə Ağdam rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.