Daily Archives: 10.01.2023

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏCİD MƏMMƏDOV

Стандартный

Məcid Rafiq oğlu Məmmədov (10 yanvar 2002; HacıcavadlıCəlilabadAzərbaycan — 1 oktyabr 2020; TalışAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Məcid Məmmədov 2002-ci il yanvar ayının 10-da Cəlilabad rayonunun Hacıcavad kəndində doğulmuşdu. Orta məktəbi 5-ci sinfə qədər bu kənddə oxumuş, sonradan ailəsi ilə birlikdə Bakıya köçdüyündən təhsilini Binəqədi rayon 115 saylı məktəbdə davam etdirmişdi. Uşaqlıqdan atasını itirmışdir.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Məcid Məmmədov Suqovuşan və Talış döyüslərində iştirak edib. 1 oktyabr tarixində kəşfiyyat müşahidə bölüyünün tərkibində Talış kənd istiqamətində 482 yüksəkliyinin azad edilməsi uğrunda gedən şiddətli döyüşdə qəhrəmancasına həlak olub. Cəlilabadda dəfn edilib.

Реклама