
Qalası Müslüm oğlu Kərimli (8 yanvar 2000; Muğan, Hacıqabul rayonu, Azərbaycan — 2 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Qalası Kərimli 8 yanvar 2000-ci ildə Hacıqabul rayonunun Muğan qəsəbəsində Müslüm və Anaxanım Kərimlilərin ailəsində anadan olmuşdur. 2006-2017-ci illərdə Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbdə təhsil almışdır. Subay idi.
Qalası Kərimli 2018-ci ildə Hacıqabul rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Mingəçevir şəhərində yerləşən hərbi hissədə xidmət etmişdir. 2019-cu ilin iyul ayında hərbi xidmətini başa vurmuş və mülki fəaliyyətinə davam etmişdir. 2020-ci ilin 14 iyul tarixində Qalası Kərimli səfərbər olunmuş və 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzulinin, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə
iştirak etmişdir. Xocavənd rayonunun Tuğ kəndində və Hadrut qəsəbəsində keçirilən əməliyyatlarda fərqlənmişdir. Qalası Kərimli 2 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuş, itkin düşmüşdür.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.