Rəhim Möhübbət oğlu Dadaşov (7 yanvar 2003, Sumqayıt, Azərbaycan – 23 dekabr 2021, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Rəhim Möhübbət oğlu Dadaşov 7 yanvar 2003-cü ildə Sumqayıt şəhərində anadan olub.Əslən Zəngilan rayon Qıraq Müşlan kəndindəndir. Ailənin bir övladı olub.
Rəhim Dadaşov 2021-ci ildə yanvar ayında hərbi xidmətə yola düşüb.
23 dekabr 2021-ci il Laçın rayonu istiqamətində ermənilərin açdığı snayper atəşi nəticəsində hərbi qulluqçumuz əsgər Dadaşov Rəhim Möhübbət oğlu həlak olub. Nəşi 24 dekabr 2021-ci ildə Sumqayıt şəhərinə gətirilib və Şəhidlər Xiyabanında dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.