Daily Archives: 01.01.2023

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CAVİD PAŞAYEV

Стандартный

Cavid Vəlican oğlu Paşayev (1 yanvar 1997; GülməmmədliCəlilabadAzərbaycan — 23 oktyabr 2020; QubadlıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Cavid Paşayev Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 23 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə həlak olub. Cəlilabadda dəfn edilmişdir.

Реклама

QARABAĞDA HƏLAK OLANLAR: HAFİZ ABDULLAYEV

Стандартный

Hafiz Məhəd oğlu Abdullayev (1 yanvar 1984Yuxarı SalahlıQazax rayonuAzərbaycan SSR — 14 aprel 2019; «N» saylı hərbi hissə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Hafiz Abdullayev 1 yanvar 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində Məhəd Abdullayevin ailəsində anadan olmuşdur. 1990-2001-ci illərdə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi, 2 qızı və 1 oğlu yadigar qaldı.

Hafiz Abdullayev 2002-ci ildə  hərbi xidmətə çağırılmışdır.  2005-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirirdi. 

7 mart 2019-cu ildə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu — əsgər Fərrux Məmmədov və gizir Hafiz Abdullayev mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşmüşlər.  Hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilmişdir. 1 aydan çox davam edən əməliyyatların nəticəsi olaraq 12 aprel tarixində Fərrux Məmmədovun və Hafiz Abdullayevin nəşi qar altından çıxarılmış  və aidiyyatı üzrə təhvil verilmişdir.

Hafiz Abdullayev Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn edilmişdir.