
Oruc Akif oğlu Cabbarov (6 dekabr 1999; Nərimanabad, Yevlax rayonu, Azərbaycan — 4 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Oruc Cabbarov 1999-cu il dekabrın 6-da Yevlax rayonunun Nərimanabad kəndində anadan olmuşdur. Subay idi.
Oruc Cabbarov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq hərbi xidmət edirdi.
Oruc Cabbarov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Oktyabrın 4-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 2021-ci ilin ilk günlərində tapılan nəşi həmin ilin 2 yanvar tarixində doğulduğu Yevlax rayonunun Nərimanabad kəndində dəfn olunmuşdur.
Понравилось это:
Нравится Загрузка...
Похожее
Для отправки комментария необходимо войти на сайт.