
Zaur Zümrüd oğlu Dadaşov — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri.
Dadaşov Zaur Zümrüd oğlu 1997-ci il dekabrın 5-də Rusiya Federasiyasının Surqut şəhərində anadan olub. 2000-ci ildə ailəsi ilə birlikdə Azərbaycana köçüb. O, 2004-cü il sentyabrın 15-də Xaçmaz rayonu Aslan Oba kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 2015-ci ildə məktəbi əla qiymətlərlə bitirib.
Zaur 2016-cı ilin yanvar ayında hərbi xidmətə yollanıb və 2017-ci ilin iyul ayında hərbi xidmətdən tərxis olub. 2020-ci il sentyabr ayının 9-da MAHHXHQ kimi Qusar rayonundakı hərbi hissədə xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. 12 oktyabrda Füzuli rayonu kənd Horadiz uğrunda gedən döyüşlərdə snayperinin atəşi nəticəsində həlak olub.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.