VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AQİL QULİYEV

Стандартный

Aqil Mətləb oğlu Quliyev (3 dekabr 2000BərdəAzərbaycan — 8 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Aqil Quliyev 3 dekabr 2000-ci ildə Bərdədə Mətləb Quliyevin ailəsində anadan olmuşdur.  2006-2017-ci illərdə akademik Zərifə Əliyeva adına Texniki Fənnlər təmayüllü məktəb-liseydə təhsil almışdır. Subay idi.

Aqil Quliyev 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. O, 2020-ci ilin iyunundan Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsinə tabe olan  hərbi hissədə müddətdən artıq xidmət edirdi.

Aqil Quliyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində atıcı və kəşfiyyatçı olaraq  CəbrayılınXocavəndinFüzulininZəngilanınQubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir.  8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Обсуждение закрыто.