Haxverdi Sadıq oğlu Kərimov (1 dekabr 2000; Ovçulu, Şamaxı rayonu — 24 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri.
2007-2018-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində orta məktəbində təhsil alıb.
Subay idi.
Haxverdi Kərimov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Haxverdi Kərimov oktyabrın 24-də Füzuli döyüşləri zamanı həlak olub. Şamaxı rayonunun Ovçulu kəndində torpağa tapşırılıb.
Для отправки комментария необходимо войти на сайт.