VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BƏHRUZ İSGƏNDƏROV

Стандартный

Bəhruz Abbas oğlu İsgəndərov (29 noyabr 1986Kirovabad – 29 oktyabr 2020Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Bəhruz İsgəndərov 1986-cı il noyabrın 29-da Gəncə şəhərində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı.

Kiçik çavuş Bəhruz İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınQubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Bəhruz İsgəndərov oktyabrın 29-da Laçın döyüşləri zamanı həlak olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Обсуждение закрыто.