VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAMİR SARIYEV

Стандартный

Samir Əli oğlu Sarıyev (26 noyabr 1993Əli-Bayramlı – 27 oktyabr 2020AlxanlıFüzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri

Samir Sarıyev 26 noyabr 1993-cü ildə Şirvan şəhərində Əli Sarıyevin ailəsində anadan olmuşdur. Əslən Zəngilan rayonunun Malatkeşin kəndindəndir. 1999-2009-cu illərdə Laçın rayon 9 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi.

Samir Sarıyev 2012-ci ildə  hərbi xidmətə çağırılmışdır.  2013-cü ildə hərbi xidmətdən tərxis olunmuş və mülki fəaliyyətə davam etmişdir.

2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Samir Sarıyev da səfərbər olunmuş, hərbi təlim toplantılarına çağırılmışdır.

 Samir Sarıyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməs üçün başlanan Vətən müharibəsində  CəbrayılınXocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Samir Sarıyev 27 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində həlak olmuşdur. Bir müddət itkin elan edilmiş və axtarılmış Samir Sarıyevin nəşi 15 noyabr 2020-ci ildə tapılmış və Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir.

Обсуждение закрыто.