VƏTƏN MÜHARİBƏİNDƏ HƏLAK OLANLAR: ELÇİN MANSUROV

Стандартный

Elçin Elşən oğlu Mansurov (25 noyabr 1984Binə – 27 sentyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Elçin Mansurov 1984-cü il noyabrın 25-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən «Aviaşəhərcik» adlanan aeroport işçilərinin yaşadığı şəhərcikdə anadan olub.  Əslən Yardımlı rayonunun Kürəkçi kəndindən idi.

Elçin Mansurov ilk təhsilini əvvəlcə Binə qəsəbəsində yerləşən 149 nömrəli orta məktəbdə alıb. Ailə vəziyyəti ilə əlaqədar olaraq Yasamal rayonuna köçən Elçin Mansurov burada 286 nömrəli orta məktəbi təhsilini davam etdirib. 8-ci sinifdən sonra Yardımlı rayonunun Kürəkçi kənd məktəbində təhsil alan Elçin Mansurov orta təhsilini bu məktəbdə başa vurub. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Şəhid baş leytenant Fərid Əhmədov ilə kursant yoldaşı olub. 2007-ci ildə ali hərbi məktəbi nümunəvi kursant olaraq bitirdikdən sonra təkmilləşdirmə kursu keçib.

Elçin Mansurov hərbi xidmət zamanı

Elçin Mansurov təkmilləşdirmə kursunu keçdikdən sonra 2007-ci ilin iyul ayında Tovuzda yerləşən «N» saylı hərbi hissədə leytenant rütbəsi ilə hərbi vəzifəsinə başlayıb. 2009-cu ildə Goranboyda yerləşən «N» saylı hərbi hissədə kəşfiyyatçı zabit olaraq xidmət edib. 13 illik hərbi xidmət müddətində TovuzMurovdağ və Füzulidə yerləşən «N» saylı hərbi hissədə xidmət edib. Xidməti zamanı kəşfiyyatçı vəzifəsində olub.edilib.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və CəbrayılFüzuli istiqamətlərində şiddətli döyüşlər başlamışdır. Tarixə Aprel döyüşləri olaraq yazılan döyüşlər zamanı Elçin Mansurov döyüşlərdə yaxından savaşmışdır. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun «yenilməz Ohanyan xətti» olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Həmin döyüşlərdən 2 il sonra Elçin Mansurov II dərəcəli «Qüsursuz xidmətə görə» medalı ilə təltif edildi. Elçin Mansurova 2020-ci ilin yay aylarında mayor rütbəsi verilib.

Elçin Mansurov 27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə «Burğa dərəsi» adlanan ərazidə qarşı tərəfin ikinci eşelonu yarılan zaman snayper gülləsinin dəyməsi nəticəsində həlak oldu.  Uzun müddət tapılmayan nəşi birinci atəşkəs günü, yəni, 10 oktyabr 2020-ci ildə Kənd Horadiz yaşayış məntəqəsi ətrafında tapıldı və ertəsi gün II Şəhidlər Xiyabanında torpağa tapşırıldı

Обсуждение закрыто.