Şaiq Vidadi oğlu Teymurov (6 noyabr 1996; Aranlı, İmişli rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Şaiq Teymurov 6 noyabr 1996-cı ildə İmişli rayonunun Aranlı kəndində anadan olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə idi.
Şaiq Teymurov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu İmişli rayonunun Aranlı kəndində dəfn edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.