VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ALİM MƏHƏMMƏDOV

Стандартный

Alim Qəmərşo oğlu Məhəmmədov (28 sentyabr 2001FındıqlıZaqatala rayonu – 27 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

2007-2016-cı illərdə Fındıqlı kənd ümumi orta məktəbində, 2016-2018-ci illərdə İ.Qayıbov adına Qazangül qəsəbə tam orta məktəbində təhsil alıb. Subay idi.

Alim Məhəmmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.  Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən  hərbi hissəsində xidmət edirdi.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliCəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Oktyabrın 27-də Füzuli döyüşlərində həlak olub. Zaqatala rayonunun Fındıqlı kəndində torpağa tapşırılıb.

Обсуждение закрыто.