VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURLAN DADAŞOV

Стандартный

Nurlan Səyyad oğlu Dadaşov (27 sentyabr 2001QarasaqqalKürdəmir rayonu – 2 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nurlan Səyyad oğlu Dadaşov 27 sentyabr 2001-ci ildə Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olub. 2007-2018-ci illərdə Qarasaqqal kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Nurlan artıq bir ilin əsgəri idi. O, Murovdağ, Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə igidliklə iştirak edib.  Oktyabrın 2-də həlak olub.

Обсуждение закрыто.