VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELTAC MİRZƏYEV

Стандартный

Eltac Fizuli oğlu Mirzəyev (18 avqust 2000; MəşədilərTovuz rayonu — 6 noyabr 2020; Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Eltac Mirzəyev 2000-ci il avqustun 18-də Tovuz rayonunun Məşədilər kəndində anadan olub.  2006-2017-cı illərdə Ş.İ.Xətai adına Köhnəqala kənd ümumi orta məktəbində təhsil alıb. Subay idi.

Eltac Mirzəyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Eltac Noyabrın 6-da həlak olub. Tovuz rayonunun Məşədilər kəndində dəfn edilib.

Обсуждение закрыто.