VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜSAL TAHİR OĞLU ALLAHVERDİYEV

Стандартный

Vüsal Tahir oğlu Allahverdiyev (16 avqust 1988Qubadlı – 30 oktyabr 2020Xocavənd) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vüsal Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Qubadlı rayonunun işğalından sonra Vüsal ailəsi ilə birgə Sumqayıt şəhərinə məcburi köçkün olaraq köçmüşdür. 2004-ci ildə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin  9-cu sinfini bitirən Vüsal Allahverdiyev Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilinə davam etmişdir. 2006-cı ildə məktəbdən məzun olmuş və 2006–2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsində ali təhsil almışdır. 2012–ci ildə «UNİBANK» Kommersiya Bankında İstehlak krediti üzrə Aparıcı Mütəxəssis vəzifəsində işinə başlamışdır. 2015-ci ilə qədər bu vəzifədə çalışan Allahverdiyev daha sonra əvvəlcə, 4 aya yaxın Sumqayıt şəhər Təmizlik Departamenti MMC-də mühasib köməkçisi işləmişdir. Sonra isə Kontakt Home mağazalar şəbəkəsində kredit mütəxəssisi kimi çalışmışdır. Nəzərdə tutulan imtahandan yüksək balla keçən Allahverdiyev 2020-ci ildən Kapital Bankda «Birkart Bank olmayan Kredit Təşkilatı» MMC-nin 20 saylı filialının müdiri vəzifəsində işləmişdir.

  • Atası Tahir Qafar oğlu Allahverdiyev Birinci Qarabağ müharibəsi veteranıdır.
  • Əmisi Mahir Qafar oğlu Allahverdiyev ehtiyatda olan zabit, döyüş tapşırığını yerinə yetirərkən ikinci qrup əlil olmuşdur.
  • Dayısı Akif Hümbət oğlu Alıyev Birinci Qarabağ müharibəsi veteranı, ikinci qrup Qarabağ əlilidir.

Vüsal Allahverdiyevin ailədə özü ilə bərabər bir bacısı var idi. Subay idi.

Vüsal Allahverdiyev 2010–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 

Vüsal Allahverdiyev 12 iyul 2020-ci il tarixində başlayan Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olduqdan sonra, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edərək könüllü olaraq yenidən hərbi xidmətə yazılmışdır. 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və  üçün başlanan Vətən müharibəsində  1 oktyabr tarixindən könüllü olaraq iştirak etmişdir. FüzulininCəbrayılın və Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonununSeyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.  30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və yaralıların döyüş meydanından çıxarılması zamanı qarşı tərəfin atdığı mərmi nəticəsində həlak olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
vikipediya

Обсуждение закрыто.