VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELVİN ZAKİROV

Стандартный

Elvin Ağasəlim oğlu Zakirov (15 avqust 1980SumqayıtAzərbaycan SSR — 9 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

1998-ci ildə Sumqayıt şəhər Zülfü Hacıyev adına 17 nömrəli tam orta məktəbini  bitirmişdir

2001-ci ildə ali məktəbdən məzun olaraq hərbi xidmətə yollanıb.  Goranboy rayonunda, cəbhə bölgəsində xidmət etmişdir.

Hərbi xidmətdən qayıtdıqdan sonra 2001-2002-ci illərdə Sumqayıt şəhər 14 nömrəli məktəbdə fiziki tərbiyə müəllimi kimi pedaqoji fəaliyyət göstərib.

2002-ci ildə öz ərizəsi ilə yenidən hərbi xidmətə qayıtmışdır. Qazax rayonunda cəbhə bölgəsində yerləşən postlarda tağım komandiri vəzifəsini icra etmiş və burada xidməti dövründə baş leytenant rütbəsi almışdır. Bir müddət Lənkəran və Astarada xidmət etmiş, səhətində yaranan problemlərlə bağlı 2012-ci ildə ordu sıralarından ehtiyata buraxılmışdır.

Ailəli idi. Yağmur adında qızı və Toğrul adında oğlu yadigar qaldı.

Baş leytenant Elvin Zakirov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı  16 oktyabrdan Füzuli istiqamətində döyüşlərə qatılır. Noyabrın 6-da Xocavənd uğrunda gedən gərgin döyüşlərə qatılaraq burada da qəhrəmanlıq göstərir.

Noyabr ayının 9-da Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olan müəllim-zabit Elvin Ağasəlim oğlu Zakirov noyabr ayının 20-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Обсуждение закрыто.