VƏTƏN MÜHARBƏSİNDƏ HƏLAK OLANLAR: TURXAN MƏMMƏDOV

Стандартный

Turxan Rizvan oğlu Məmmədov (9 avqust 1998GəncəAzərbaycan — 27 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Turxan Məmmədov 1998-ci il avqustun 9-da Gəncə şəhərində anadan olub. 2005-2009-cu illərdə Gəncə şəhərində 32 nömrəli tam orta məktəbdə, 2015-2016-cı illərdə isə Gəncə şəhərində N. Aydın adına 18 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Turxan Məmmədov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.  2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsinin ilk günündə həlak olub. Uzun müddət nəşi tapıla bilməyib. 08.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Обсуждение закрыто.