VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AZƏR HÜSEYNOV

Стандартный

Hüseynov Azər Mahal oğlu (1 avqust 1983NovosaratovkaGədəbəy rayonu – 11 dekabr 2020HadrutXocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Hüseynov Azər Mahal oğlu 1 avqust 1983-cü ildə Gədəbəy rayonunun Yenikənd kəndində anadan olub. 1990-2001-ci illərdə həmin kənddə orta təhsil alıb. 2001-2003-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. 

Ailəli idi, üç övladı qaldı.

Hüseynov Azər 2016-cı ildə yenidən ordu sıralarına qayıdır. Müddətdən artıq hərbi xidmətə başlayır. Kiçik çavuş rütbəsi alır.

25 oktyabr 2020-ci ildə Gədəbəy rayonundan döyüşlərə qatılıb.  Laçın dəhliziŞuşaHadrutXocavənd uğrunda gedən döyüşlərdə  iştirak edib. Dekabrın 11-dən 12-nə keçən gecə Hadrutda döyüş zamanı Azər düşmən snayperi tərəfindən ürəyindən vuruluraraq həlak olub. Azər Hüseynov 13 dekabr tarixində doğulduğu kənddə dəfn edilib.

Обсуждение закрыто.