
İxtiyar İlqar oğlu Əliyev (6 iyul 1994; Goranboy rayonu, Azərbaycan — 6 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.
Gizir İxtiyar Əliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər Əlahiddə Kəşfiyyat Taborunun heyətində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da Ağdərə istiqamətində «951» zirvəsi uğrunda gedən döyüşlərdə həlak olub. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itgin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il oktyabrın 13-də Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, itkin düşmüş hərbi qulluqçu – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib. Onun nəşi 14 oktyabr 2021 -ci il tarixində Goranboy rayonunun Goranlı kəndində dəfn olunmuşdur.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.