Daily Archives: 03.07.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CƏLAL İSLAMOV

Стандартный

Cəlal Ağahüseyn oğlu İslamov (3 iyul 2001ÇarxıXaçmaz rayonuAzərbaycan — 6 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Cəlal İslamov 3 iyul 2001-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində Ağahüseyn İslamovun ailəsində anadan olmuşdur.  2007-2018-ci illərdə N. Abudov adına Xaçmaz rayon Çarxı kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi.

Cəlal İslamov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edirdi.  2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində atıcı olaraq iştirak etmişdir.  6 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.