Daily Archives: 28.05.2022

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏHƏMMƏD ƏLİYEV

Стандартный

Məhəmməd Yaqub oğlu Əliyev (28 may 2001SabirkəndŞəmkir rayonuAzərbaycan — 31 oktyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Məhəmməd Əliyev 28 may 2001-ci ildə Şəmkir rayonunun Sabirkənd kəndində Yaqub Əliyevin ailəsində anadan olmuşdur. 2007-2018-ci illərdə orta təhsil almışdır. Subay idi.Məhəmməd Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdı. Hərbi xidmətini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Bölməsində yerinə yetirirdi.

Məhəmməd Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsində atıcı, kəşfiyyatçı və sanitar olaraq iştirak etmişdir.  Kəşfiyyat əməliyyatlarında iştirak edərək qarşı tərəfdən mühüm məlumatlar əldə etmişdir. 31 oktyabr 2020-ci ildə Şuşa rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.